Məşhur türk müğənniyə ikiqat zərbə
4 Sentyabr 2012 12:40 MədəniyyətTürkiyənin tanınmış müğənnilərindən biri Aşkın Nur Yengi bir müddət əvvəl 6 illik əri Haluk Bilginerdən boşanmışdı.
İndi isə onun Limon Yapım studiyası ilə birlikdə çəkməyi planlaşdırdığı "Cadı Kazanı" serialı ləğv olunub.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, serialda əvvəllər Sibel Cana təklif olunmuş Handan rolu Yengiyə təklif olunmuşdu.
Digər baş rolda isə Levent Özçelik çəkilməliydi.
Fəqət, Limon Yapım studiyası serialı heç bir telekanala sata bilmədiyi üçün "Cadı Kazanı"nın çəkilişləri ləğv olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31