Azərbaycanlı müğənniyə bahalı avtomobili kim hədiyyə etdi?
Estrada müğənnisi bu hədiyyəsindən çox məmnundur.
4 Sentyabr 2012 11:00 MədəniyyətMilli.Az xəbər verir ki, ötən gün tanınmış müğənni Günel Ələkbərova özünə "Toyota Prado" markalı avtomobil alıb. Sevincini oxucularımızla bölüşən müğənni dəyəri on minlərlə ABŞ dolları ilə ölçülən bu hədiyyəni tam zamanında etdiyini açıqladı:"Məncə, daha hündür maşın sürməyimin vaxtı çoxdan yetişmişdi (gülür). Həvəsdir-bəsdir deyib fikrimi qətiləşdirdim və arzu etdiyim avtomobili özüm-özümə hədiyyə etdim. Xahiş edirəm sözlərimə kimsə don geyindirməsin, bəli, Günelin sponsoru elə özüdür".Müğənni söz verdi ki, yaxın günlərdə yeni avtomobili ilə birlikdə foto-kameramızın qarşısına keçib şəkillər də çəkdirəcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31