Kriminal

Bakıda tanınmış modelin meyiti tapıldı

9 Mart 2017 15:09

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Dünən Nəsimi rayonu ərazisindəki evdən 23 yaşlı Kanalina Tatyana Sergeyevnanın meyiti tapılıb. İlkin araşdırma nəticəsində onun dəm qazından boğulduğu məlum olub.

Avtomobilin gizli saxlanc yerindən 9200 ədəd siqaret çıxdı

9 Mart 2017 14:53

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal-gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E-220" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı, nəqliyyat vasitəsinin sağ və sol ayaqaltı hissəsində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 9200 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır. 

“MTN işi” üzrə təqsirləndirilənlər məhkəmədə ittihamları qəbul etməyiblər

9 Mart 2017 13:48

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

2 dönər, 1 araq üçün gənc qadını kor qoyan şəxs: "Utanıram"

7 Mart 2017 18:31

Keçmiş arvadının üzünə "kislota" atdıran Tural Hüseynov və icra edən Vüqar Kərimovun məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə T.Hüseynov bundan öncə verdiyi ifadələrini təkzib edərək bildirib ki, Vüqara borcu olub, ancaq qaytara bilməyib: "Ola bilər, məndən qisas almaq üçün edib".

Həbsdə olan MTN əməkdaşı: "Özümü təqsirli bilmirəm" - YENİLƏNİB

7 Mart 2017 18:26

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Evdən qızıl aparan ələ keçib

7 Mart 2017 17:29

Türkan qəsəbəsində silsilə oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-dən 25-dək olan müddətdə Türkan qəsəbəsindəki 2 evdən 4.000 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Rəvan Məmmədov və Təmraz Quliyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Novxanı sakinindən avtomat götürülüb

7 Mart 2017 17:28

Novxanı qəsəbə sakini Rövşən Qurbanovdan "AK" markalı avtomat silah götürülüb. DİN-dən verilən məlumata görə,  Abşeron RPİ-nin əməkdaşları tərəfindən Novxanı qəsəbə sakini Rövşən Qurbanovdan "AK" markalı avtomat silah götürülüb. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Cəlilabad sakinindən 1 kq narkotik maddə götürülüb

7 Mart 2017 17:26

Cəlilabad rayon sakinindən xeyli miqdarda narkotik maddə götürülüb. DİN-dən verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Elnur Quliyevdən 1 kiloqrama yaxın heroin, 935 qram tiryək və 2,17 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.  Novxanı sakinindən avtomat götürülüb.

Oğrudan odlu silah götürülüb

7 Mart 2017 17:24

Fevralın 8-də Quba rayon sakini Aqil Ələkbərova məxsus yardımçı təsərrüfatdan məişət əşyaları oğurlnıb. DİN-dən verilən məlumata görə, oğurluqda şübhəli bilinən Çiləgir kənd sakini, əvvəllər məhkum olunmuş Zabit Hacıyev Quba RPŞ-nin əməkdaşları tərəfindən tutulub. Araşdırmalar zamanı onun 2010-cu il dekabrın 5-də qardaşı Bəhmanın qol və ayaq nahiyələrinə tüfəngdən atəş açaraq yüngül xəsarət yetirməsi də müəyyən edilib. RPŞ əməkdaşları tərəfindən B.Hacıyevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan "TOZ-B" markalı ov tüfəngi, 12 ədəd patron, 1 qutu barıt aşkar edilərək götürülüb.

Keçmiş məhkum qadının telefonunu oğurladı

7 Mart 2017 17:23

Fevralın 15-də metronun "28 May" stansiyasının platformasında Şəki şəhər sakini İlahə Nəsibovanın cibindən mobil telefonunu oğurlanıb. DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Əli İsayev tutulub.

Səbaildə qətl törədən şəxs tutulub

7 Mart 2017 16:56

Martın 4-də saat 06 radələrində Səbail rayonunun Bayıl qəsəbəsindən Şamaxı rayon sakini, 25 yaşlı Ceyhun Qurbanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Paşayev tutulub.

Qanunsuz yolla külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alınıb

7 Mart 2017 14:03

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Avtomobildə 112 telefon aşkar edildi

7 Mart 2017 11:44

Gürcüstan Respublikası istiqamətindən Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Gürcüstan Respublikası vətəndaşı Alıyev Fazil Nəsib oğlunun idarə etdiyi “Mersedes Benz E240” markalı 90 XD 078 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük baxışı keçirilib.

Əli İnsanov barəsindəki cinayət işinin istintaqı yekunlaşdı

7 Mart 2017 11:25

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə  Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, cinayət işinin istintaqı başa çatıb və iş tanışlıq mərhələsinə verilib: "Hazırda işlə tanış oluruq. Bu həftənin sonuna işlə tanış olma mərhələsi başa çatacaq və cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndəriləcək.

Sübahir Qurbanov Akif Çovdarovun məhkəməsində ifadə verib - YENİLƏNİB

6 Mart 2017 18:07

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.