Kriminal

Nardaran hadisələri ilə bağlı məhkəmə davam edib

10 Mart 2017 17:53

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İstanbuldan qəlyan üçün 80 kq tənbəki gətirən azərbaycanlılar Kiyevdə saxlanılıblar

10 Mart 2017 17:05

Kiyevdə gömrük işçiləri iki Azərbaycan vətəndaşının qanunsuz yolla Ukraynaya qəlyan üçün 80 kq-dan çox tənbəki gətirməyə cəhd göstərdiyini aşkarlayıb.

Keçmiş məhkumdan 9 kq marixuana götürülüb

10 Mart 2017 16:50

Salyan rayon sakinlərindən narkotik vasitələr aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əfqan Rüstəmovdan 455 qram marixuana götürülüb. Bundan başqa Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Həsənovun evinə baxış zamanı 0,43 qram çətənə kolu, 9 kiloqram 110 qram marixuana və 1 ədəd tərəzi aşkar edilərək götürülüb.

Bakıda DTX və polis xüsusi əməliyyat keçirdi

10 Mart 2017 16:11

Bakıda Dövlət Təhlükəsizlik Xidməti (DTX) və polis əməkdaşları birgə əməliyyat keçirib. Ceyhun Hacıbəyli 11 ünvanında (köhnə "Qarabağ" mehmanxanası yaxınlığında) olan ünvanda axtarış aparılıb. Məlum olub ki, müəyyən dini təriqətə aid sakinlər bura toplaşaraq ibadət edirlər, lakin həmin yer dini qurumların siyahısında qeydiyyatda olmayıb.

Külli miqdarda dollar və qızıl külçələri çıxarmaq istəyənlər saxlanılıb

10 Mart 2017 15:02

Külli miqdarda xarici valyuta və qızıl külçələri qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısı alınıb. 

Biznesmen azərbaycanlı killerlər tərəfindən öldürülüb - 16 min dollara

10 Mart 2017 13:06

Sank-Peterburq İstintaq Komitəsi 14 il əvvəl kafedə baş verən cinayətin istintaqını başa çatdırıb. Hadisə 2003-cü ildə baş verib. İstintaqın nəticəsinə görə, Azərbaycandan olan kriminal avtoritet Hakmurad Allahverdiyev Yaroslavlda bizneslə məşğul olan həmyerlilərinin qətlini sifariş edib.

Azərbaycana narkotiklər BU ÖLKƏLƏRDƏN gətirilir

10 Mart 2017 12:07

2016-cı il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 162 nəfər, o cümlədən 122 Azərbaycan vətəndaşı və 40 əcnəbi vətəndaş (30 İran, 2 Rusiya, 2 Türkiyə, 2 Belarus, 1 Gürcüstan, 1 Hindistan, 1 Pakistan və 1 Tacikistan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb. 29 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

“Rabitə işi”ndə təqsirləndirilən şəxslərdən ikisinin səhhətində problem yaranıb

10 Mart 2017 11:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hadisə yerindən qaçan sürücü həbs edildi

9 Mart 2017 17:24

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü həbs olunmuşdur.

Məhkəmədə Ziya Məmmədovun müşavirinin Akif Çovdarova pul verdiyi açıqlanıb

9 Mart 2017 16:16

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R. Əhmədov vəkilin suallarını cavablandırıb. O qeyd edib ki, qızılları Ç. Baxşıyevin qızı Fatma Baxşıyevanın həyat yoldaşına verib: "Həmin gün onların evində xidmətçi qadın da vardı".

Binəqədidə kabel oğruları ələ keçib

9 Mart 2017 15:38

Fevralın 27-də Xocasən qəsəbəsi ərazisindəki evləri elektrik enerjisi ilə təmin edən naqilin 327 metrlik hissəsi oğurlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən qəsəbə sakinləri Maarif Cəfərov, Elman Əsədullayev və əvvəllər məhkum olunmuş İsrafil Ağaverdiyev tutulublar.

Metroda cibgir saxlanıb

9 Mart 2017 15:37

Martın 8-də metronun "Nizami Gəncəvi" stansiyasında qatarda Ağsu rayon sakini Camo Qəniyevin cibindən mobil telefonunu oğurlanıb. DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nazim Tağıyev tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Tərtər sakinindən tapança götürülüb

9 Mart 2017 15:36

Paytaxt polisi vətəndaşda odlu silah aşkar edib. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini Rəşad Məmmədovdan "Naqan" markalı tapança götürülüb. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Soyğunçuluqla məşğul olan dəstə zərərsizləşdirilib

9 Mart 2017 15:31

Gəncə polisi ötən il baş verən cinayətin üstünü açmağa müvəffəq olub. DİN-dən verilən məlumata görə, Gəncə ŞBPİ, Nizami və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabr ayının 19-da şəhər sakini Vilayət Abbasovun 4.000 manat, 67 ABŞ dolları və 11.150 rubl pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Nağıyev və Abbas Abbasov tutulublar.

Mənzilə oğurluğa girən şəxs yaxalanıb

9 Mart 2017 15:30

Abşeron rayonunda mənzilə oğurluğa girən şəxs yaxalanıb. DİN-dən verilən məlumata görə, martın 7-də Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan Sahibə Mirzəyevanın evinə pəncərədən girən naməlum şəxs ona zor tətbiq edərək qızılların yerini deməsini tələb edib, lakin səs-küy yarandığından hadisə yerindən qaçıb.  Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin qohumu Səbuhi Həmidov saxlanılıb.