Kriminal
“Nardaran işi” üzrə məhkəmə prosesi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Müştərisinə qarşı quldurluq edən taksi sürücüsü saxlanıb
Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, xüsusən quldurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.DİN-dən verilən nməəlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə (PB) müraciət edən Abşeron rayon sakini Mətləb Rüstəmov Badamdar qəsəbəsində yerləşən çay evlərindən birindən çıxaraq taksiyə əyləşdiyini və həmin avtomobilin sürücüsü tərəfindən bıçaqla hədələnərək 400 manat pulunun alındığı bildirib.
Məhkuma corabın içində narkotik keçirmək istədi
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
Azərbaycanlı avtoritet Rusiyada həbs edildi
Moskva şəhər Presnesk rayon məhkəməsi azərbaycanlı qanuni oğru Taleh Dağlıyevi 3 il müddətinə azadlıqdan məhrum edib. Kriminal aləmdə "Taleh Maştağinski" kimi tanınan Dağlıyev narkotik maddə saxlamaqda ittiham edilib.
Daha bir şəxs 4330 qram civəni satmaq istəyərkən saxlanılıb
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən daha bir şəxsi aşkar ediblər.
Nişanlısının başını kəsdi
Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısına (oğlanın adı hələ açıqlanmır) üzüyü geri qaytarmağı barədə xəbər göndərib.
Oğruların digər əməlləri də üzə çıxdı
Suraxanı rayonunda oğurluq etməkdə şübhəli bilindiklərinə görə Zaur Süleymanovun və Emin Abıyevin saxlanılıb. DİN-dən verilən məlumata görə, saxlanılan şəxslərin ətrafında Suraxanı 30-cu PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların yanvarın 12-dən fevralın 1-dək olan müddətdə rayon ərazisindəki 6 evdən, 3 avtomobildən və 1 mağazadan pul, akkumulyator, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Qaradağda kabel oğtusu tutulub
Qaradağ rayonunda kabel oğurluğu ilə məşğul olan şəxs tutulub. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki 1 evdən və 1 "Topaz" mərc oyunları məntəqəsindən müvafiq olaraq 1000 metr elektrik naqili və 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. Araşdırma zamanı onun paytaxt sakini Xəyal Əkbərov olduğu müəyən edilib.
Mağazadan 4 min manat aparan saxlanıb
Səbael rayonunda oğurluq faktının üstü açılıb. DİN-də verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşları tərəfindən martın 1-də Bakı şəhər sakini Ruslan Hüseynova məxsus mağazadan 4000 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Emil Abdullayev tutulub. Araşdırma aparılır.
9 evi qarət edən şəxs ələ keçib
Xəzər rayonunda silsilə oğöurluqla məşğöul olan çəxs yaxalanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 29-dan fevralın 1-dək olan müddətdə rayon ərazisindəki 9 evdən pul, qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rüfət Əliyev tutulub.Araşdırma aparılır.
Göygöldə silah-sursat tapılıb
Martın 2-də Göygöl rayonunun Çaykənd kəndi ərazisindən xeyli sadia silah-sursat aşkar edilib.
Gömrükdən gizlədilmiş 60.000 ABŞ dolları aşkar edilib
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Azərbaycan Respublikası vətəndaşının çantaları rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb.
Dələduzluqda təqsirləndirilən sabiq hakimin istəyi reallaşmadı
Dələduzluqda və rüşvət almada təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Bloqger Mehman Hüseynov 2 il azadlıqdan məhrum edildi
Bloqger Mehman Hüseynova hökm oxunub. Məlumata görə, M. Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, bir müddət əvvəl M. Hüseynov saxlanılıb. O, Nəsimi rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verib.
Adam oğurluğu ilə məşğul olan şəxslər tutulub
Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai RPİ 35-ci PB-yə müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlanmasını bildirib.














