Kriminal

“Rabitə işi” üzrə məhkəmədə sənədlərin tədqiqi davam etdirilib

3 Mart 2017 12:22

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Aksiz markası olmayan külli miqdarda xarici siqaret aşkar olunub

3 Mart 2017 11:52

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə olunacağı barədə məlumat daxil olub.

Natiq Kərimovun məhkəməsi davam etdirilib

2 Mart 2017 17:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Telefon oğurlayan qadın tutulub

2 Mart 2017 16:24

Bakıda oğurluqla mşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, yanvarın 19-da Bakı şəhər sakini Təhminə Rəhimovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Əminə Zeynalova Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Həmçinin martın 1-də metronun "Nizami" stansiyasının platformasında Bakı şəhər sakini Əfsanə Abbasovanın çantasından 114 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən paytaxat sakini Tərlan Əliyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Bağ evini qarət edən yaxalanıb

2 Mart 2017 16:23

DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən fevralın 25-də rayon ərazisindəki bağ evlərindən birindən 12.000 ABŞ dolları dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şəki şəhər sakini Qalib Əhmədov tutulub. Həmçinin Suraxanı RPİ 30-cu və 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 14-dən fevralın 28-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən akkumulyator, 1 saxlanc yerindən akkumulyator və təmir-tikinti alətləri, habelə 2 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb.

Şirkətin xadiməsi: "Rəhbərliyin göstərişi banka gedib sənədlərə qol çəkdim" - Sabiq deputatın məhkəməsi

2 Mart 2017 16:14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lənkaranda 8 otaqlı ev yanıb

2 Mart 2017 15:37

Lənkəran şəhərində vətəndaşa məxsus 8 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 360 m2 olan ikimərtəbəli 8 otaqdan ibarət evin 1-ci mərtəbəsində hamamın lambirdən ibarət tavanı 4 m2 sahədə yanıb. Hamamın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Azıx mağarasını qazanlar barəsində irəli sürülən İTTİHAMLAR

2 Mart 2017 14:24

İnterpolun Ermənistandakı mərkəzi bürosu Azərbaycanın quruma üzv dövlətlərə ünvanladığı sorğunu aldığını bəyan edib.

8200 ədəd siqaret müsadirə edildi

2 Mart 2017 13:24

Rusiyadan gətirilən 8200 ədəd siqaret gömrükdə müsadirə olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C-180" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobilin ön ayaqaltı hissəsindən və ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 8200 ədəd "NZ Gold Compact"markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Keçmiş məhkumdan 15 kq narkotik götürülüb

2 Mart 2017 13:22

Əvvəllər məhkum olunmuş şəxsin kirayə yaşadığı evdən narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Hacıyevin Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evə baxış zamanı oradan 10 kiloqram 87,180 qram marixuana və 4 kiloqram 180,610 qram tiryək aşkar edilərək götürülüb.

AXCP üzvünün həbs müddəti 1 il azaldıldı

2 Mart 2017 12:55

Martın 2-də Ali Məhkəmədə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Məlumata görə, kassasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilib.Belə ki, onun 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilib. Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib.

Baş Prokurorluq və DİN qətlin üstünü açdı

1 Mart 2017 19:05

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Suraxanı rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılmışdır.

Əli İnsanovun həbs müddəti artırıldı

1 Mart 2017 18:53

Martın 1-də Qaradağ Rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanınən verdiyi vəsatətə baxılıb.

Akif Çovdarov zərərçəkmişləri dələduz adlandırıb - YENİLƏNİB

1 Mart 2017 18:09

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Bakıda saxta içki istehsalçıları tutuldu

1 Mart 2017 16:42

Respublikanın daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə keyfiyyətsiz yeyinti və sənaye məhsullarının müəyyən edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.