Kriminal
Lapşin vəkilindən imtina etdi
Azərbaycanda həbsdə olan belaruslu bloger Aleksandr Lapşin dövlət tərəfindən təyin edilmiş vəkilindən imtina edib. Bu barədə özəl olaraq vəkil Səfər Hüseynov məlumat verib. Vəkil bildirib ki, A.Lapşinin ikinci vəkil tərəfindən müdafiəsinə ehtiyac yoxdur və o, S.Hüseynovdan imtina edib. S.Hüseynovla A.Lapşin arasındakı müqavilə tərəflərin razılığı ilə pozulub.
Məhəmməd Məmmədov: "Vidadi Zeynalov, məndən nə istəyirsən?" - "RABİTƏ İŞİ"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qadınları Türkiyəyə aparan şəxs tutulub
Ağdaş rayon sakininin qadın alveri ilə məşğul olduğu üzə çıxıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağdaş rayon sakini Tacirə Məlikovanın bir qrup şəxslə gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Paytaxtda dollar satan tutulub
Bakı şəhərində dollar satan şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 28-də paytaxtın Nizami rayonu ərazisində Sumqayıt şəhər sakini Taleh Ağayev 100 ABŞ dollarını 178 manata satdığı üçün Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi ilə protokol tərtib olunub və o, cərimə edilib.
Aptek qarət edən 4 yeniyetmə saxlanıb
Fevralın 26-da Müşfiqabad qəsəbəsindəki apteklərdən birindən 600 manat pul və 7 ədəd soyuducu mühərriki oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 4 yeniyetmə saxlanılıb.
Həkimin pul kisəsini oğurlayan saxlanıb
Fevralın 27-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki poliklinikada, orada işləyən həkimlərdən birinin xidməti otağında oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində içərisində 10 manat olan pul kisəsini və 3 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Rzayev 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
Bakıda 2 nəfər dozadan artıq narkotik qəbul edərək ölüb
Fevralın 27-də Yasamal rayonunun T.Şahbazi küçəsindəki evlərdən birində 2 nəfərin ölməsi ilə bağlı 27-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olub. DİN-dən verilən məlumata görə, dərhal həyata keçirilən müvafiq tədbirlərlə məlumatda qeyd edilən mənzildə Bakı şəhər sakinləri Seymur Baxmalovun və Emil Hüseynovun narkotik vasitə qəbul edərək ölmələri müəyyən edilib. Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Bakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu
Uzun müddətdir mediada haqqında tez-tez məlumatlar dərc olunan cinayətkar qrup zərərsizləşdirilib. Bakıda sosial şəbəkələr üzərindən özlərinə qurban cəlb edib onu kafeyə çağıraraq orada külli miqdarda hesab ödəməyə məcbur edən mütəşəkkil dəstə üzvləri saxlanılıb.
Qadınları Türkiyəyə aparan saxlanıb
Xızı rayon sakininin qadın alveri ilə məşğul olduğu üzə çıxıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Xızı rayon sakini Səbinə Qəmbərovanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Rusiyada axtarışda olanlar Bakıda saxlanıb
Rusiya tərəfindən axtarışda olan şəxslər Azərbaycanda saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya vətəndaşı Səxavət Quliyev və Rusiya Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olan Yaşar Aslanov tutulublar.
8830 qram civəni satmaq istəyərkən yaxalandı
Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları külli miqdarda güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar edib.
“MTN işi” üzrə növbəti məhkəmədə 25 zərərçəkmişin mülki iddiası qəbul edilib
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Keçmiş MTN generalının villasında usta işləmiş şəxs məhkəmə zalından azadlığa buraxıldı
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında çalışan iki qardaş - Ramil Aslanov və Vasif Aslanovun barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Zərərçəkən: "Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" - YENİLƏNİB
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsində fasilədən sonra davam etdirilib.
Baş həkimin qanunsuz əməlləri ifşa edilmişdir
Bakı şəhər Narkoloji Dispanserində vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılmışdır.














