Kriminal
Avtomobil təkəri oğurlayan tutulub
Fevralın 25-də Bakı şəhər sakini Azər Abızadənin "Hyundai" markalı avtomobilinin təkərləri oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət-Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakinləri Babək Mirzəyev və Əflatun Xəlilov tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların daha 2 avtomobildən hava yastığı, pul və ətir oğurlamaları da müəyyən edilib.
Dəmir yolunu söküb oğurlayan ələ keçib
Fevralın 25-də Dübəndi dəmir yolu stansiyasının yaxınlığında dəmir yolu xəttinin 53 ədəd rels altlığını və 53 ədəd kasteli oğurlanıb. DİN-dən verilən məlumata görə, dəmir yolunu söküb oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Şirvan Gülmməmmədov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən şəxslər saxlanıb
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 23-də rayon ərazisindəki klinikalardan birinin anbarından 110 metr elektrik kabelini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cahid Xeyrullayev saxlanılıb. Həmçinin Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də rayon ərazisindəki evlərdən birindən 12.000 manat pul və 35.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Elmin Əlizadə tutulub, daha 1 nəfər isə müəyyən edilib. Avtomobil təkəri oğurlayan tutulub
Polkovnik istintaqdan kənarda necə qala bildi?
"MTN işi" ilə bağlı başladılan cinayət işlərində adı bir neçə epizodda hallanan polkovnik Təhsin Ağayevlə bağlı daha bir məqam ortaya çıxıb. Onun müavin olduğu baş idarədə 1-ci idarənin rəisi olan Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş kimi tanınan Müsənnif Salahov T.Ağayevin də leyhinə ifadə verib.
Nardaran hadisələri ilə bağlı digər təqsirləndirilənlərin məhkəməsi davam etdirilib
Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehman Məmmədov ifadə verib. O, ittihamlarla razılaşmadığını deyib.
Metadonun ölkədən tranzit keçirilməklə aparılması cəhdi baş tutmadı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və güclü təsir edən maddənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Tehran-Bakı-Aktau aviareysilə Azərbaycana gələrək Qazaxıstana getmək istəyən Qazaxıstan Respublikasının vətəndaşı Kazak Akhmada məxsus baqaj yoxlanılıb. Nəticədə, üzərində "Methadone 25" sözləri yazılmış 250 qram şüşə qabda şəffaf rəngli xüsusi iyə malik su şəklində maddə və üzərində "200" rəqəmi əks olunmuş 39 ədəd ağ rəngli həb aşkar edilib. Faktla bağlı izahatında adı çəkilən vətəndaş bildirib ki, şüşə qabda olan mayeni və həbləri müalicə məqsədilə İran İslam Respublikasının Qorqan şəhərində alıb.
Bakıda qadını şantaj edən şəxs tutulub
Bakıda qadını rüsvay edəcəyi ilə hədələyən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı şəhər sakini Ellada Zərbəliyevanı (ad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 500 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Elnur Əbilov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bakı sakini özünü zəncirlə asıb
Bakıda 54 yaşlı kişi özünü zəncirlə asıb. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Nəsirov Yusif Təvəkkül oğlu özünü yaşadığı evin həyətində zəncirlə asaraq intihar edib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.
Ölkədən xarici valyutanın çıxarılmasının qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-Tbilisi aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının üst geyimi rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb.
Vəzifəli şəxslərin adında dələduzluq edən şəxslər zərərçəkmişlərlə barışıq əldə ediblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alim İbrahimov və Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lapşin anası ilə təcridxanada GÖRÜŞDÜ
Aleksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında anası Bella Lapşina ilə görüşüb. Bu barədə A.Lapşinin vəkili Eduard Çernin deyib. Vəkil bildirib ki, B.Lapşina oğlu ilə növbəti dəfə görüşüb. Görüş zamanı anası A.Lapşinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. A.Lapşin səhhəti və saxlanma şəraitindən narazılıq etməyib.
"Sən alçaqsan..." - Polkovnikin məhkəməsində QALMAQAL
Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Rusiyanın ən titullu "vor zakon"u və onun azərbaycanlı cangüdəni həbs edildi
Ötən həftə Rusiya kriminal aləminin daha bir "xaç atas"ı Yuriy Piçuqin həbs edilib. Bu, Zaxari Kalaşnikovun həbsindən sonra ən səs-küylü hadisədir. Piçuqa ləqəbilə tanınan "oğru" fevralın 18-də Moskvada 72 saat müddətinə saxlanılıb. Sonra təyyarə ilə Komiyə gətirilib. Sıktıvkar məhkəməsi dünən onun barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçib.
Babək rayon sakinindən 3,5 kq marixuana götürülüb
Babək rayon sakinində külli miqdarda narkotik vasitə aşkar edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədmirləri nəticəsində Babək rayon sakini Yasin Qəribovdan 3 kiloqram 326,96 qram marixuana götürülüb. Araşdırma aparılır.
Metroda qadının çantasından pul oğurlayan saxlanıb
Fevralın 22-də metronun "28 May" stansiyasının platformasında Bakı şəhər sakini Ülkər Rzayevanın içərisində 850 manat olan pul kisəsini çantasından oğurlanıb. DİN-dən verilən məlumata görə, oğurluqda şübhəli bilinən paytaxt sakini əvvəllər Vaqif Qasımov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.














