Kriminal

Vətəndaşları aldadaraq 16,7 min manat pullarını mənimsəyib

24 Fevral 2017 17:02

Fevralın 21-də Bakı şəhər sakinləri olan 5 nəfər Binəqədi RPİ 5-ci PB-yə müraciət edərək yanvarın 15-də Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Anar Xəlilov tərəfindən aldadılaraq onlardan ümumilikdə 7141 manat pul alınmasını bildiriblər. DİN-dən verilən mlumata görə, aparılan araşdırmalarla A.Xəlilovun ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə daha 6 nəfəri aldadıb onlardan ümumilikdə 9632 manat pul alması da müəyyən edilib.

Külli miqdarda aksiz markasız siqaret aşkar edilib

24 Fevral 2017 17:01

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markasıyla markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədilə saxlanması barədə əməliyyat məlumatı daxil olub.

Evi qarət edənlər 4 aydan sonra ələ keçdilər

24 Fevral 2017 16:59

Gəncədə ötən il baş verən oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 10-da Gəncə şəhərindəki evlərdən birindən 50 manat pul və 3500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri İbrahim Allahverdiyev və Kənan Əliyev tutlub, daha 1 nəfər isə müəyyən edilib.

Quldurluqla məşğul olan keçmiş məhkum tutulub

24 Fevral 2017 16:58

İmişlidə quldurliqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə yanvarın 24-də rayon sakini Vasif Mahmudovun "VAZ-2106" markalı avtomobilini quldurluq yolu ilə almaqda şübhəli bilinən Yalavac kənd sakini, əvvəllər məhkum olunmuş Cavad Məmmədov tutulub. Araşdırma aparılır. 

Vidadi Zeynalov etiraz etdi: "Bu absurddu"

24 Fevral 2017 16:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xarici ölkəyə casusluq edən iki Azərbaycan vətəndaşı saxlanılıb

24 Fevral 2017 15:18

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlunun casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyənləşib. 

Lapşinin yeni vəkili MƏLUM OLDU

24 Fevral 2017 11:42

Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin hüquqlarını müdafiə edəcək yeni vəkilin adı məlum olub.  Azərbaycan Vəkillər Kollegiyasının üzvü Eduard Çernin A. Lapşinin şəxsi istəyi ilə onun müdafiəsinə qoşulub.

İrandan narkotik maddə gətirən saxlandı

23 Fevral 2017 17:32

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Mühafizə şirkətlərinin həbsdə olan direktoruna 23 min manat "atdılar"

23 Fevral 2017 16:48

"Qala BTX" MMC, "General" MMC və "Azər Mühafizə" adlı özəl mühafizə şirkətlərinin həbsdə olan direktoru Vüqar Hüseynova qarşı dələduzluq edilib.

Maştağa sakinindən silah-sursat götürülüb

23 Fevral 2017 16:29

Sabunçu rayon sakinidə odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbə sakini Rizvan Fərzəliyevdən nömrəsi silinmiş "AKSU" markalı silah, 27 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub

23 Fevral 2017 16:28

Bakıda soyğunçuluqda şübhəli bilinən paytaxt sakini saxlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumta görə, Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən fevralın 19-da Bakı şəhər sakini Aidə Arablinskayanın içərisində 200 manat pul, 5.000 manat dəyərində qızıl sırğa və sənəd olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Kiril Bakutov tutulub. Həmçinin fevralın 21-nə keçən gecə Yasamal rayonu ərazisində yaşayan Leyli Kərimovanın evinə açıq qalmış qapıdan girmək yolu ilə 50 manat və 300 ABŞ doları, habelə 5 ədəd bankomat kartı oğurlanıb. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Azər İslamov tutulub.

Mingəçevir sakinindən 2 kq marixuana götürülüb

23 Fevral 2017 16:27

Mingçevir sakinindən xeyli miqdarda narkotok vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Yusif Ağayevdən 11,68 qram, evinə baxış zamanı isə 2 kiloqram 205 qram marixuana aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

“Bizim Market” şəbəkəsinin sahibinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

23 Fevral 2017 15:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Azərbaycan diasporunun rəhbəri HƏBS EDİLDİ

23 Fevral 2017 14:25

Rusiyanın Moskva vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin sədri Qalib Ağayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sosial şəbəkədə yazışan arvadını öldürdü

23 Fevral 2017 14:22

Bakı Apellyasiya Məhkəməsində Şabran rayon sakini Elnur İsmayılovun CM-in 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb.