Kriminal
DİN Bakıda əməliyyat keçirdi- 8 nəfər tutuldu
Daxili işlər orqanlarının əməkdaşları ümumən cinayətkarlıq, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının zərərçəkən vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Badamdar qəsəbəsində evləri qarət etməkdə şübhəli bilinən mütəşəkkil dəstə üzvləri – Ağarəhim Əliyev, Cavid İsazadə, Təhməz Əsgərov, Mənsur Məmmədov, Orxan Quliyev, Rişan Bayramov, Nicat Əliyev və Camal Heydərov tutulublar. Saxlanılan şəxslərin ətrafında həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar Badamdar qəsəbəsində 10 mənzil və 1 mağazadan qızıl-zinət, məişət əşyaları və pul oğurlamaqla zərərçəkənlərə külli miqdarda ziyan vurublar.
Çamadandan "beşbarmaq" çıxdı
Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Gömrük nəzarətindən gizlədilən əşyalar aşkarlandı
Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında yüklə daxil olan yük avtomobili "HCVG viZual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.
Piyadanı vurub qaçan sürücü saxlanıb
Fevralın 22-də gecə saatlarında Lənkəranın Liman şəhərində piyadanı vurub qaçan sürücünün kimliyi məlum olub. Belə ki, hadisəni törədən şəxsin Masallının Müsəküçə kənd sakini, 1958-ci il təvəllüdlü Bağır Məmmədhəsən oğlu Həsənov olduğu müəyyənləşib. O, idarə etdiyi “VAZ-21099” markalı avtomaşınla piyadanı vuraraq, hadisə yerindən qaçıb. B. Həsənov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. .
Arif Əsgərov kabinetinin təmirinə 250 min xərcləyibmiş...
Qızıl dolu seyf oğurlandı - Bakıda
İŞİD tərkibində döyüşən azərbaycanlı 10 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vidadi Zeynalovun satışa çıxarmaq istədiyi əmlakının dəyəri məlum olub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq Aparat rəhbəri Vidadi Zeynalovun dövlətə dəyən ziyanı ödəmək üçün satışa çıxarılmasını istədiyi əmlakının ümumi dəyəri məlum olub. Vəkil Bəylər Məmişov deyib ki, Bakının Nərimanov və Nəsimi rayonlarında yerləşən, biri yaşayış, ikisi isə qeyri-yaşayış obyekti olan əmlakın ümumi dəyəri ekspert rəyinə görə 12 milyon manat təşkil edir.
Metroda qadının çantasından pul oğurlayan şəxs yaxalanıb
Metropolitendə Polis Şöbəsinin əməkdaşları çibgirliklə məşğul olan şəxsi saxlayıblar. DİN-dən verilən məlumata görə, fevralın 18-də metronun "Nizami" stansiyasında, qatarda Kəlbəcər rayon sakini Şahzadə Aslanovanın çantasından 135 manat, 11 ABŞ dolları pulu və sənədi oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Etibar Quliyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Ağdam sakininə xəsarət yetirən keçmiş məhkum saxlanıb
Fevralın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi əraziasindən Ağdam rayon sakini Emin Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olunmuş Azər Alxasov tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Bakıda evlərə qənim kəsilən şəxs ələ keçib
Sabunçu rayonunda pğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-dən 19-dək olan müddətdə Sabunçu rayonu ərazisindəki 4 evdən pul, qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elşən Niftiyev tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Sumqayıtda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib
Sumqayıt şəhərində oğurluqla məşğul olan dəstə zərəsizləşdirilib. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də şəhər ərazisindəki evlərdən birindən 5.000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə və Xaləddin Hacızadə tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların daha 3 evdən pul və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Bakı sakinindən tapança və narkotik maddə götürülüb
Bakı şəhər sakinində odlu silah aşkarlanıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yaşar Quliyevdən bir ədəd tapança və 0,220 qram heroin götürülüb. Həmçinin Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Əliağa Əliverdiyevdən 460 qram marixuana götürülüb.
Vidadi Zeynalov dövlətə vurulan ziyanı ödəmək üçün əmlakını satışa çıxarmaq istəyir - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Akif Çovdarovun vəkilləri zərərçəkmiş şəxs barədə KİV-də gedən yazıları məhkəməyə təqdim ediblər
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.














