Kriminal
Aksiz markası olmayan xeyli sayda siqaret aşkar edilb
Gəncə Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi “Hyundai Tucson” markalı minik avtomobili Gəncə şəhərinin Kəpəz rayonu, Dədə-Qorqud küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı Azərbaycan Respublikasının aksizi ilə markalanmamış 20.000 ədəd “Dubao RED” adlı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Rəqsanənin keçmiş sevgilisi məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Azərbaycanlı məhkum nəzarətçini boğmaq istədi
Başqırdıstanda, Meleuz şəhərində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus həbsxana əməkdaşına fiziki xəsarət yetirib.
Təqsirləndirilən: “Ziya Məmmədovun sabiq müşavirinin 1 milyard dollarlıq əmlakı var”
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmədə MTN generalının məcburi müalicəyə göndərilməsi barədə vəsatət verilib
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Akif Çovdarovun səhhəti pisləşdiyi üçün məhkəmə təxirə salınıb - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Gürcüstandan külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb
Aksiz markası ilə markalanmayan 4 min 400 ədəd siqaret aşkara çıxarılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə,Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. İdarənin “Sınıq Körpü” gömrük postunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda aksiz markası ilə markalanmayan 4400 ədəd “Comet” adlı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
6 avtomobil qarət edənin qolları qandallandı
Cəlilabadda 6 avtomobili qarət edən şəxs yaxalanıb. “Olaylar” DİN-in saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-dən 24-dək olan rayonda 6 avtomobildən qabaq işıqlandırıcılar, akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. Onun Cəlilabad şəhər sakini Mirsadiq Əhmədov olduğu müəyyən edilib.
Prokuror Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, M. Həşimovun cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, M. Həşimova 11 illik həbs cəzası verilməsini istəyib. Vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.
Evə girən şəxslər 85 yaşlı kişini öldürmək istədilər
Ağdam rayonunda evə girən şəxslər 85 yaşlı kişini öldürmək istəyiblər. Hadisə fevralın 4-də rayonun Quzanlı qəsəbəsində baş verib. Belə ki, həmin qəsəbənin sakini 85 yaşlı Yasin Abbasovun evinə quldurluq yolu ilə girən naməlum şəxslər ev sahibini yerə yıxaraq əlləri ilə boğmaq istəyiblər. Lakin bu zaman səs-küy yarandığından hadisə yerini tərk ediblər.
Bakıda hakim oğlunu öldürən şəxsə HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
17 adam oğurluğunun 11-i evlənmək məqsədilə baş verib
Azərbaycanda əcnəbilərin törətdiyi cinayətlərin statistikası açıqlanıb. Dövlət Statistika Komitəsi Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 2016-cı ildə ölkədə qeydə alınan cinayətlərin 211-i xarici ölkələrin, onların 37-si isə MDB-yə üzv olan ölkələrin vətəndaşları törədib. Məlumatda qeyd olunur ki, ötən il Azərbaycanda 17 adam oğurluğu faktı qeydə alınıb. Onlardan 11-i evlənmək məqsədilə qadın oğurluğu olub.
"Qudamı öldürdüm, gəlinsiz toy elədim" - Azərbaycanda film kimi cinayət - VİDEO
"Həmişə həbsə düşmək istəmişəm" Quda qatilindən inanılmaz etiraflar.
27 yaşlı kişi özünü asıb
Gədəbəy rayonunda intihar hadisəsi baş verib. Bu barədə Gədəbəy rayon Prokurorluğundan verilən məlumata görə, hadisə fevralın 16-da rayonun Çalburun kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Bağırov Ceyhun Elxan oğlu özünü yağadığı evin ikinci mərtəbəsindən asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Odessada azərbaycanlı kriminal avtoritet saxlanılıb
Ukraynanın Milli Polis və Təhlükəsizlik Xidməti əməkdaşları birgə keçirdikləri xüsusi əməliyyat əsnasında Odessa ərazisində fəaliyyət göstərən azərbaycanlı kriminal avtoriteti saxlayıblar.














