Kriminal
83 yaşlı qadını zorlayan gənc: "Elə bildim, 65 yaşı var"
Boluda narkotik maddə istifadə etdiyi deyilən 18 yaşlı L.M.Ç. adlı gənc, iddiaya görə, qonşusu 83 yaşlı Xədicə U.-ya təcavüz etdikdən sonra boğaraq öldürüb. Hadisə keçən il fevral ayında baş verib.
Avtomobildə külli miqdarda xarici markalı siqaret aşkar edilib
Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən fevralın 16-da əməliyyat tədbirləri keçirilib.
Maşallah Əhmədov apellyasiya şikayəti verib
Dələduzluqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən keçmiş futbolçu Maşallah Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Ukrayna Baş Prokurorluğu azərbaycanlıların oğurlanması faktları ilə bağlı cinayət işi başlayıb
Ukrayna Baş Prokurorluğu azərbaycanlıların oğurlanması və girov götürülməsi faktı üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlayıb, axtarışa başlanılıb.
Sevinc Babayevanın oğlunun apellyasiya şikayətinə baxılır
Bakı Apellyasiya Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkumun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilir.
Külli miqdarda zərgərlik məmulatının ölkəyə gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gizli yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Bakıda ev yandı, 2 aylıq körpə öldü
Fevralın 14-də saat 13 radələrində Binəqədi qəsəbəsində yaşayan Siyavuş Cəfərovun evində yanğın baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra S.Cəfərovun 2 aylıq oğlunun yanmış meyiti tapılıb. Araşdırma aparılır.
Çantasından və daxili orqanından narkotik maddə çıxdı
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla güclü təsir edən maddə və narkotik vasitənin gətirilməsinə cəhdin qarşısını alıblar.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Polis xüsusi əməliyyat keçirib
Paytaxt Bakıda Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, son günlər əldə olunan əməliyyat məlumatları, eləcə də müxtəlif sosial şəbəkə və internet resurslarında Bakı Dəmir Yolu Vağzalının ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər barədə yayımlanan videomateriallar üzrə DİN rəhbərliyinin müvafiq göstərişi əsasında, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Akif Çovdarov: "Çox əziyyət çəkirəm"
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Vidadi Zeynalov təkrar ekspertiza keçirilməsini istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"MTN işi"ndəki şahid general Nağıyevin qohumu imiş
Hazırda Bakı Hərbi Məhkəməsində prosesi davam edən MTN generalı Akif Çovdarov və əməkdaşlarının cinayət işlərinin araşdırılması zamanı yeni məlumatlar aşkarlanıb.
Vəkillər MTN generallarının ev dustaqlığına buraxılmasını istədilər - YENİLƏNİB
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbər vəzifəli şəxsləri - general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
“Rədd olun buradan” - General Mirvətova
Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilən MTN-nin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçirilib.
Ölkədən külli miqdarda pul çıxarmaq istədi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-Kiyev aviareysilə getmək istəyən Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən üzərində 10.000 ABŞ dollarından başqa xarici valyutanın olmadığını bildirib. Lakin vətəndaşın hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğu üçün o, sərhəd nəzarətindən keçdikdən sonra steril zonada saxlanılıb və üzərində təkrar şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibindən 264 ədəd – hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26.400 ABŞ dolları aşkar edilib.














