Kriminal

Polis əməkdaşının arvadı oğurluq etdiyi evə od vurdu - Ağdaşda ŞOK CİNAYƏT

14 Fevral 2017 16:07

Ağdaş rayonunda müəmmalı yanğın hadisəsinin üstü açılıb.  Yanğın hadisəsi Ağdaş şəhərinin Yusif Nəbiyev küçəsindəki 40 saylı mənzildə qeydə alınıb.

Ziya Məmmədovun sabiq müşaviri məhkəmədə ifadə verib

14 Fevral 2017 14:49

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Zərərçəkən: Akif Çovdarov məndən üç dəfə pul alıb - YENİLƏNİB

13 Fevral 2017 18:14

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Paytaxtda quldur saxlanıb

13 Fevral 2017 15:50

Quldurluqda şübhəli bilinən paytaxt sakini tutulub, daha bir nəfər isə müəyyən edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini Dmitri Sakalovun içərisində 2400 manat, açar və sənəd olan pul kisəsini quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Ceyhun Bayramov tutulub, daha bir nəfər isə müəyyən edilib.

“Nardaran işi” ilə bağlı məhkəmə davam etdirilib

13 Fevral 2017 14:13

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Prokuror İŞİD tərkibində döyüşən azərbaycanlıya 14 illik həbs istəyib

13 Fevral 2017 12:49

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

"Nardaran işi" ilə bağlı növbəti məhkəmə prosesi keçirilib

10 Fevral 2017 17:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilən "Müsəlman birliyi" adlı təşkilatın sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Taleh Bağırov apelyasiya şikayəti verdi

10 Fevral 2017 16:29

Nardaran hadisələrində təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən "Müsəlman birliyi" adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfər məhkəmənin hökmündən apelyasiya şikayəti veriblər.

Qadın narkotik satarkən tutulub

10 Fevral 2017 15:24

Qazax sakini narkotik maddə satarkən yaxalanıb. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax şəhər sakini Zərifə Qocayeva 100 qrama yaxın güclü təsirə malik narkotik maddə olan heroini 6 min ABŞ dollarına satarkən tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyən edilib. 

15 həyətdən su sayğacı oğurlayanlar ələ keçib

10 Fevral 2017 15:23

Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətlərdən su sayğacı oğurlayan şıxslər saxlanıb.

Bakı sakinindən 5 kq narkotik vasitə götürülüb

10 Fevral 2017 14:06

Bakı şəhər sakinindən 4,585 kq marixuana götürülüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oğuz Babayevdən 4 kiloqram 585 qram marixuana götürülüb.

Sabirabadda mənşəyi bəlli olmayan 600 kq ət aşkar edilib

10 Fevral 2017 13:24

Sabirabadda mənşəyi bilinməyən ət aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, fevralın 9-da DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru, Sabirabad Rayon Polis Şöbəsi və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Xəlfəli kənd sakini Əlifxan Şahverdiyevin həyətinə baxış zamanı ümumi çəkisi 600 kiloqram olan, mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb. Aşkarlanmış ətdən götürülən nümunə ekspertizadan keçirilməsi üçün DBNX-nın laboratoriyasına təhvil verilib.

Cəllabadda saxta pul satan tutulub

10 Fevral 2017 13:23

Cəlilabadda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Orxan Cavadovdan 74 ədəd 50 manatlıq və 25 ədəd 100 manatlıq saxta əsginas götürülüb. 

"Keşmiş MTN elə dəhşətli yer idi ki..."

10 Fevral 2017 12:19

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Vüsal Ələkbərov hədə-qorxu ilə tələb etmə, mənimsəmə, sübutları saxtalaşdırma, rüşvət alma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşmaqda ittiham edilir. 

6 hakimin səlahiyyətlərinə xitam verilib

10 Fevral 2017 12:00

“Ötən il Azərbaycanda 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib”.Bunu Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Şuranın bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş iclasında bildirib.