Kriminal

Bakı sakininə qarşı 50 min dollarlıq DƏLƏDUZLUQ

9 Fevral 2017 18:00

Bakı sakininə qarşı 50 min ABŞ dolları məbləğində dələduzluq edilib. Bakı şəhər sakini 1968-cü il təvəllüdlü Rasim Hüseynovhüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2016-ci ilin iyul ayında 1974-cü il təvəllüdlüYelmar Cəfərov onu aldadaraq 50 min ABŞ dolları məbləğində pulunu alıb.

Transformator oğrusu tutulub

9 Fevral 2017 17:08

Biləsuvar rayonunda oğurluq hadisəsinin qarşısı alınıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Biləcəri dəmiryolu stansiyası ərazisində 2 ədəd transformator oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini R.Səfərov saxlanılıb. Araşdırma aparılır. 

Qadını vurub qaçan sürücü saxlanıb

9 Fevral 2017 17:07

Baş Dövlət Yol Polisi İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölənin Bakı şəhər sakini 30 yaşlı Günel Babayeva olması müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü - Şəmkir rayon sakini Emin Həsənov tutulub.

Paytaxtda 10 dilənçi saxlanıb

9 Fevral 2017 17:06

 Səbail RPİ əməkdaşları tərəfindən rayon ərazisində avarılıq və dilənçiliklə məşğul olan 10 nəfər saxlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə,saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Oğrunun digər cinayətlərinin üstü açılıb

9 Fevral 2017 17:05

Oğurluq etdiyinə görə yanvarın 29-da tutulan Əhliman Bağırovun Ətrafında Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun daş sexlərindən birindən beton qarışdıran dəzgahın mühərrikini, 3 evdən isə pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

İrandan narkotik keçirmək cəhdinni qarşısı alınıb

9 Fevral 2017 13:41

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib

9 Fevral 2017 13:40

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" Gömrük Postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, ona idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilib.

45 yaşlı qadının kirayə yaşadığı evdə meyit tapılıb

9 Fevral 2017 13:36

Fevralın 8-də Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib. Sabirabad RPŞ əməkdaşları tərəfindən görülən profilaktiki tədbir nəticəsində P.Cəbrayılov könüllü RPŞ-yə gələrək hadisəni törətməsini etiraf edib. Araşdırma aparılır.

Qonağını balta ilə qətlə yetirdi

9 Fevral 2017 12:13

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində, 502 saylı evdə baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Quliyev Rüfət Salman oğlu evinə qonaq gəlmiş 1983-cü il təvəllüdlü Hətəmov Ramiz Yunis oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Quliyev R.Hətəmovu balta ilə qətlə yetirib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalistin evi qarət edildi

9 Fevral 2017 12:06

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanınmış jurnalist AzNews.az saytının əməkdaşı Bahar Rüstəmlinin evi qarət olunub. Məlumata görə, hadisə Binəqədi rayonun Biləcəri qəsəbəsindəki yeni yaşayış massivindəki həyət evində baş verib. Fevralın 8-də saat 15:00 radələrində evə girən nəmalum şəxslər jurnalistə məxsus təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.Faktla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Araşdırma aparılır.

Zərərçəkmiş: "Atam Akif Çovdarova 350 min dollar verib" - YENİLƏNİB

8 Fevral 2017 18:40

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Rusiya qətldə ittiham olunan azərbaycanlını Ukraynaya ekstradisiya edib

8 Fevral 2017 15:28

Rusiya Ukraynada qətldə ittiham olunan azərbaycanlını bu ölkəyə ekstradisiya edib. Tay boksu üzrə Avropa çempionu, odessalı idmançı Sergey Laşşenkonu öldürməkdə şübhəli bilinən 24 yaşlı Babək Dəmir oğlu Həsənov Odessaya göndərilib. O, barəsində məhkəmə hökmü çıxarılana qədər istintaq təcridxanasında saxlanılacaq.

Vətəndaşlardan külli miqdarda marixuana aşkar edilib

8 Fevral 2017 13:23

Hacıqabul rayon sakinlərindən küllü miqdarda marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində Hacıqabul rayon sakinləri Ayət Orucovdan və Pünhan Dostəliyevdən 6,415 qram, P.Dostəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 450 qram marixuana aşkar edilərək götürülüb. Bundan abaşqa Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Bakı şəhər sakini Yaşar Mövsümovdan 3 kiloqram 345 qram marixuana aşkar edilərək götürülüb.

Daxili orqanında qızıl-zinət əşyaları keçirmək istədi

8 Fevral 2017 13:21

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gizli yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti zonasını tərk etdikdən sonra saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Yoxlamadan öncə, vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onun bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini söyləyib.

Vergilər Nazirliyi "Rabitə işi" ilə bağlı mülki iddiadan imtina edib

8 Fevral 2017 12:28

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.