Kriminal

Belarus DİN: "Aleksandr Lapşin əlavə müdafiə üçün müraciət etməmişdi"

8 Fevral 2017 12:21

"Belarus Daxili İşlər Nazirliyi Azərbaycana ekstradisiya olunan bloqer Aleksandr Lapşinə əlavə müdafiə verilməsi üçün vəsatət almayıb". Bunu Belarus DİN-in Vətəndaşlıq və miqrasiya departamentinin rəisi Aleksandr Bequn deyib.

Lapşini Azərbaycanda nə gözləyir?

8 Fevral 2017 12:14

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və dünən ölkəmizə ekstradisiya olunan israil əsilli Belarus vətəndaşı Aleksandr Lapşini hansı cəzanın gözlədiyi müzakirələrə səbəb olub.

Azərbaycan Lapşin üçün vəkil təyin etdi

8 Fevral 2017 12:08

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və dünən ölkəmizə ekstradisiya olunan israil əsilli bloqer Aleksandr Lapşinin cinayət işi üzrə bəzi məlumatlar bəlli olub.

Ukraynada girov götürülən azərbaycanlı iş adamı azad olundu

7 Fevral 2017 17:48

Ukraynada daha bir azərbaycanlı iş adamı girov götürülüb. 1977-ci il təvəllüdlü Eldar İsgəndərov paytaxt Kiyev şəhərində yaşadığı mənzilin qarşısında oğurlanıb.

İlhamə Quliyevanın köməkçisi azadlığa buraxıldı

7 Fevral 2017 17:42

Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın soyğunçuluqda təqsirləndirilərək həbs edilən köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M. Hüseynova barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona 1 il 3 ay şərti cəza verilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.

“Bandotdel” əməliyyat keçirdi

7 Fevral 2017 16:33

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan Kamerun və Nigeriya vətəndaşlarını saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları ümumən cinayətkarlıq, o cümlədən insanların dələduzluq yolu ilə aldadılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

İki dost Bakı sakinin 500 min manatını mənimsəyib

7 Fevral 2017 16:02

Bakı sakininə qarşı yarım milyon manatlıq dələduzluq edilib. Məlumata görə, paytaxt sakini 1984-cü il təvəllüdlü İlqar Yusubov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin sentyabr ayından 2016-ci ilin noyabr ayınadək 1988-ci il təvəllüdlü Əhməd Abdullayev və 1986-ci il təvəllüdlü Ceyhun adlı şəxs onu aldadaraq 500 min manat pulunu alıblar. Faktla bağlı araşdırma aparılır.

Bakı sakinindən 485 qr marixuana götürülüb

7 Fevral 2017 14:00

Bakı şəhər sakinindən xeyli miqdarda narkotik vasitə gğtürülüb. DİN-dən “Olaylar” verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Dəniz Vağzalının ərazisində Bakı şəhər sakini Şıxəli Şıxəliyevdən 485 qram marixuana götürülüb. Ətrafında aparılan araşdırmaıar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Soyğunçuluqla məşğul olan dəstə zərəsizləşdirilib

7 Fevral 2017 13:55

Fevralın 6-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Fərid Zeynalova zor tətbiq edərək soyğunçuluq yolu ilə 55 manat pulunu alıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini Vüsal Şahbazov, Masallı rayon sakini Yaşar Heydərov və Laçın rayon sakini Nağı Hümbətzadə tutulublar.

Nardaran hadisələrində təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə baxışına verilib

6 Fevral 2017 18:50

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Zərərçəkmiş: "Akif Çovdarov 525 min dollarımı aldı" - YENİLƏNİB

6 Fevral 2017 18:43

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

"Balamın ölüm səbəbi..." - İntihar edən 16 yaşlı qızın anası

6 Fevral 2017 16:49

Tovuz rayonunda 16 yaşlı Aliyə Qəmbərovanın intiharının bəzi təfərrüatları məlum olub.

Daxili orqanında heroin keçirmək istədi

6 Fevral 2017 14:29

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında beş ədəd bükümdə heroin aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Qadınları Dubaya aparan şəxs tutulub

6 Fevral 2017 13:15

Bakı şəhər sakininin qadınları cinsi istismara məruz qoyması müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Samirə Paşayevanın qadınları BƏƏ-nin Dubay Əmirliyinə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

Dələduz qadın 6 nəfərdən 387.000 manat pul alıb

6 Fevral 2017 13:14

Bakıda külli miqdarda dələduzluq faktının üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İradə Cəfərovanın ətrafında Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü ilin avqust ayından 2016-cı ilin fevral ayınadək olan müddətdə paytaxt sakinləri olan 6 nəfəri aldadaraq ümumilikdə onlardan 387.000 manat pul aldığı müəyyən edilib.