Kriminal

BAKIDA FACİƏ

5 Fevral 2017 11:31

Bağça müəlliməsi özünü asdı - 2 uşağı var idi

3 Fevral 2017 19:00

Lənkəran rayonunda 32 yaşlı qadın intihar edib. Rayonun Osakücə kəndində 1985-ci il təvəllüdlü Həbibova Xalidə Babarza qızı özünü asaraq intihar edib.

DİN və Baş Prokurorluq Tərtərdə bağlı qalan iki qətl hadisəsinin açılması ilə bağlı məlumat yayıb

3 Fevral 2017 16:51

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış iki ağır cinayətin üstü açılıb.

Arvadıyla birgə İŞİD-ə qoşulan şəxsə HÖKM OXUNDU

3 Fevral 2017 16:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mahir Musayev və Şükür Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Ukraynada azərbaycanlı rüşvət üstündə Milli Bankın departament direktoru ilə birlikdə saxlanılıb

3 Fevral 2017 15:48

Ukrayna Milli Bankının ödəniş sistemləri departamentinin direktoru 25 min dollar rüşvət alarkən saxlanılıb. Onunla birlikdə 3 nəfər vasitəçi qismində yaxalanıb. Onlardan biri milliyyətcə azərbaycanlıdır.   Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinə yazılı məlumat verildiyi deyilir. 

Piyadanı vurub qaçan sürücü saxlanıb

3 Fevral 2017 15:15

Yanvarın 27-də İsmayıllı rayon sakini Samit Dəmirovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində törətməkdə şübhəli bilinən "VAZ-21074" markalı avtomobilin sürücüsü - Bəhramtəpə qəsəbə sakini Alim Cəfərov tutulub.

Gəncə sakinindən 10 kq marixuana götürülüb

3 Fevral 2017 15:14

Gəncə sakinindən xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhsəti qəsəbə sakini, əvvəllər məhkum olunmuş Füzuli Əliyevdən 137,6 qram tiryək aşkar edilib. Onun yaşadığı evə baxış zamanı 10 kiloqram 10 qram marixuana aşkar edilərək götürülüb.

Qadınları Türkiyəyə aparan saxlanıb

3 Fevral 2017 15:13

Qadınları cinsi istismara məruz qoyan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini, 39 yaşlı Səki Zamanovanın gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb.

Şahin Sultanovun məhkəməsində təqsirləndirilənlər son söz deyiblər

3 Fevral 2017 14:36

Bu gün Nəsimi Rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfərin işi üzrə cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Telman Abdiyevin  verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Əli Allahverdiyev, Yunis Əliyev, Elxan Hacıyev, Kamandar Paşayev və Faiq Xamoyev son söz deyiblər. Təqsirləndirilən şəxslər iş üzrə özlərini qismən təqsirli bilib və məhkəmədən obyektiv hökm çıxarılmasını istəyiblər.

DİN və DTX Qəbələdə əməliyyat keçirdilər - YENİLƏNİB

3 Fevral 2017 13:57

Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə qanunsuz dini ədəbiyyatlarla bağlı əməliyyat keçirilməsi barədə məlumat yayıb.

Zərgərlik məmulatlarını gizlətmək istədi

3 Fevral 2017 13:04

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və gömrük bəyannaməsinin bəndləri üzrə sorğu-sual edilib.

Vidadi Zeynalov:"Əli Abbasov gəlib ifadə verməsə, danışmayacağam"

3 Fevral 2017 12:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, şahidlərin haqqında məcburi gətirilmə barədə qərar olsa da, onlar məhkəməyə gəlməyiblər. Buna görə iclas fevralın 8-dək təxirə salınıb. V. Zeynalov isə deyib ki, Əli Abbasov gəlib ifadə verməyənə kimi o danışmayacaq.

Ləğv edilən MTN-in şöbə rəsinin məhkəməsində şahidlər ifadə verib

2 Fevral 2017 18:23

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyiİstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Təqsirləndirilən: "Hər zaman dövlətin yanında olmuşuq" - "NARDARAN İŞİ"

2 Fevral 2017 15:41

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.