Bakı sakinindən silah-sursat götürüldü

Biləcəri dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini Vüqar Məmmədovdan silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin saytında yazılan xəbərə görə , Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Məmmədovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

O əvvəllər məhkum olunub. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31