BAKIDA FACİƏ
5 Fevral 2017 11:31 KriminalBakıda ağır yol qəzası baş verib.
Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.
Faktla bağlı araşdırma aparılır. Publika.az Lent.az-a istinadən xəbər verir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31