Kriminal
Məhkəmələr icraatlarında olan kredit işlərinin içində batır - STATİSTİKA
"Məhkəmələr icraatlarında olan kredit işlərinin içində batır". Bu haqda tanınmış vəkil Cavad Cavadov məlumat evrib.
Keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb
Bakı şəhər sakinində İsmayıl Həsənovdan 1,005 kq heroin və 4,58 kq marixuana aşkarlanıb. “Olaylar”ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Həsənovdan 1 kiloqram 5 qram heroin və 4 kiloqram 580 qram marixuana götürülüb.
Buz üstə sürüşüb yıxılan kişi dünyasını dəyişib
Bakı sakini sürüşüb yıxılması nəticəsində aldığı xəsarətdən ölüb. “Olaylar” DİN-in saytına istinadən xəbər verir ki, hadisə fevralın 1-də Yasamal rayonunun Ə.Əhmədov küçəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 47 yaşlı Daməd Hüseynov sürüşüb yıxılması nəticəsində aldığı xəsarətdən ölüb.
Avtoqəzada sürücü ölüb, 6 nəfər isə yaralanıb
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, fevralın 1-də saat 15 radələrində Gəncə şəhərində Ağcabədi rayon sakini Elşad Tağıyev idarə etdiyi "Mercedes Vita" markalı avtomobili aşırıb. Nəticədə sürücü və arvadı Zərnigar, oğlu Elçin, atası Volodya, anası Sevil, bacısı Sevinc və onun oğlu Röyal xəstəxanaya yerləşdiriliblər. Sürücü orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
Avtomobil 85 yaşlı qadını vurub öldürdü
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 1-də saat 11 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində şəhər sakini Samir Səlimov idarə etdiyi "Daevoo" markalı avtomobillə yolu keçən həmyerlisi, 85 yaşlı Zinaida İbrahimovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Evdən sahibinin yanmış meyiti tapılıb
Fevralın 1-də saat 14 radələrində Ağdaş rayonunun Qarağan Sədi kəndində yaşayan 89 yaşlı Səftər Mustafayevin evində partlayış baş verib. DİN-dən veriləın məlumata görə, ilkin məlumata əsasən partlayışa səbəb məişətdə istifadə olunan qaz balonunun nasazlığı olub. Belə ki, qaz balonundan yanğına keçən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılıb.
Siz də tanıyın: onun əməlləri ölümə aparır
Respublikanın daxili işlər orqanları tərəfindən insanların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması, eyni zamanda magistral yollarda qəzaların baş verməsinə şərait yaradan amillərdən biri olan keyfiyyətsiz avtomobil təkərlərinin satışının qarşının alınması və bu işlə məşğul olan şəxslərə qarşı mübarizə çərçivəsində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
QHT sədri 12 il azadlıqdan məhrum edildi
Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən QHT sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Daş karxanasında faciə
Bakıda daş karxanasında faciəli ölüm hadisəsi baş verib. Hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb. Belə ki, daş karxanasında fəhlə işləyən, Yardımlı rayon sakini, 31 yaşlı Hikmət Səxavət oğlu Bəhmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır.
Avtomobilin təkərində gizlədilmiş 10 min siqaret aşkar edilib
Gömrük nəzarətindən gizlədilmiş 10 min ədəd siqaret aşkar edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 10 min ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Akif Çovdarovun məhkəməsində zərərçəkmiş ifadə verib - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra başlayacaq.
Biəsuvar sakini 2 nəfəri güllələdi
Yanvarın 31-də Biləsuvar rayonunun Amankənd kəndində, kənd sakini Azər Əliyevlə aralarındakı münaqişə ilə əlaqədar onun həyətinə gələn qonşusu, əvvəllər məhkum olunmuş Asim Əliyev tüfəngdən açdığı atəşlə Azərin oğlu Şahinə və onu geri qaytarmaq üçün hadisə yerinə gələn öz qardaşı Adilə xəsarət yetirib. DİN-dən verilən məlumata görə, nəticədə Adil hadisə yerində ölüb, baş nahiyəsindən xəsarət alan Şahin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Asim Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 7 ədəd patron götürülüb.
Qətlin üstü 3 ildən sonra açıldı
Ötən ildə baş verən qətlin üstü açılıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 11-də Tərtər rayon sakini Səxavət Musayevi döyərək qətlə yetirməkdə şübhəli bilinən Səxavət Orucov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü il fevralın 19-da Sənan Mirzəyevə tüfəngdən atəş açaraq qətlə yetirməsi də müəyyən edilib.
Atasının üzərinə benzin töküb yandıran könüllü təslim oldu
Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, fevralın 1-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan İlyas Mehdiyev evində münaqişə zəminində atası 81 yaşlı İmdadın üzərinə benzin tökərək yandırıb. Nəticədə İmdad Mehdiyev hadisə yerində ölüb, evin yanar konstruksiyaları isə yanıb. İ.Mehdiyev könüllü 14-cü PB-yə gələrək istintaqa təslim olub. Araşdırma aparılır.
Rusiyanın axtardığı azərbaycanlı Bakıda tutuldu
Rusiyada axtarışda olan şəxs Bakıda yaxalanıb.














