Avtomobil 85 yaşlı qadını vurub öldürdü
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 1-də saat 11 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində şəhər sakini Samir Səlimov idarə etdiyi "Daevoo" markalı avtomobillə yolu keçən həmyerlisi, 85 yaşlı Zinaida İbrahimovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
2 Fevral 2017 13:53 KriminalSumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 1-də saat 11 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində şəhər sakini Samir Səlimov idarə etdiyi "Daevoo" markalı avtomobillə yolu keçən həmyerlisi, 85 yaşlı Zinaida İbrahimovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.