Kriminal

Başından güllələnən azərbaycanlı kriminal avtoritet imiş

1 Fevral 2017 15:31

Rusiyada azərbaycanlı avtoritet başından güllənərək öldürülüb. Hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb. 

Qadının boyunbağısını soyğunçuluq yolu ilə alan şəxsə hökm oxunub

1 Fevral 2017 12:36

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Namiq Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Şahid: "Beytulla Hüseynovun özünə məxsus tikinti şirkətləri kotirovka sorğularında əvvəlcədən qalib elan olunurdu" -  "RABİTƏ İŞİ"

1 Fevral 2017 12:23

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ata 13 yaşlı qızını qətlə yetirib

31 Yanvar 2017 16:48

Quba rayonunda qətl hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb. Belə ki, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir. İlkin araşdırma zamanı atanın ruhi xəstə olduğu aşkar edilib. 

Ziya Məmmədovun sabiq müşavirinin əmlakını talamaqda ittiham edilən şəxs xəstələndi, məhkəmə təxirə salındı

31 Yanvar 2017 16:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Ölkəyə psixotrap maddələrin gətirilməsinin qarşısı alınıb

31 Yanvar 2017 16:10

Astara Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin yük şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Türkiyə Respublikası vətəndaşının idarə etdiyi yük avtomobili kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarətindən keçirilib.

MTN-dən sahibkarlara 70 faizədək endirimlər - ŞOK CƏDVƏL

31 Yanvar 2017 15:01

Ləğv edilmiş MTN-in həbsdə olan generalları və onların əməkdaşlarının cinayət işinin materialları açıqlandıqca məlum olur ki, bu şəxslər bizneslə məşğul olub-olmamasına, qanuni və ya qanunsuz işləməyinə fərq qoymadan hər kəsdən nəsə "qoparmağa" çalışıblar. İttiham aktlarında diqqət çəkən məqamlardan biri isə ilk tələb olunan rüşvətin məbləği və sonradan həmin qiymətə edilən endirimlərdir.

Məşhur iş adamının OĞLU OĞURLANDI - Avtomobili yandırılmış halda tapıldı

31 Yanvar 2017 13:45

Antaliyada keçmiş bələdiyyə üzvü və iş adamı İsmail Ertenin oğlu Süleyman Ertenin silahlı bir şəxs tərəfindən qaçırıldığıyla bağlı polisə məlumat verib.

Keçmiş məhkumlardan silah götürülüb

31 Yanvar 2017 13:40

Polis əvvəllər məhkum olunmuş Bakı şəhər sakinini saxlayıb. “Olaylar”ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən “AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb.

Quba sakin intihar edib

31 Yanvar 2017 13:38

Quba rayonunda 56 yaşlı kişi intihar edib. Məlumatına görə, hadisə Quba şəhərinin 223-cü Atıcı Diviziyası küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Belə ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Nazim Ağacan oğlu Allahverdiyev yaşadığı evdə asılmış vəziyyətdə tapılıb. Hadisə şahidləri dərhal Quba Rayon Polis Şöbəsinə (RPŞ) məlumat veriblər. Faktla bağlı Quba RPŞ-də araşdırmalara başlanılıb.

Hamilə qadının ölümü ilə bağlı cinayət işi açıldı

31 Yanvar 2017 12:44

Rusiyada Azərbaycandan olan hamilə qadın Şuaynat Məmmədovanın Blaqoveşşensk doğum evində ölümü ilə bağlı cinayət işi açılıb.

Ronaldu komandasının azarkeşlərini təhqir etdi: "Küçüklər"

30 Yanvar 2017 18:55

Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu komandasının azarkeşlərini təhqir edib. Bu, La Liqanın XX turu çərçivəsində "Real Sosyedad"la oyunun gedişində baş verib.

Maşına sərnişin qismində oturan quldur çıxdı

30 Yanvar 2017 16:43

Suraxanı rayonunda quldurluqla məşğul ola şəxs saxlanıb.DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Bakı şəhər sakini Rəhman Şıxıyevin idarə etdiyi "Nissan" markalı avtomobilə sərnişin qismində oturub onu bıçaqla hədələyərək 219 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakini tutukub. Araşdırma zamanı onun onun əvvəllər məhkum olunmuş Vasif Qədimov olduğu müəyyən edilib. 

Keçmiş məhkumlardan ibarət dəstə zərəsizləşdirlib

30 Yanvar 2017 16:38

Xəzər rayonunda evləri qarət edən şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-20-də rayon ərazisindəki evlərdən birindən 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Aydın Xudaverdiyev və Ceyhun Babayev tutulublar. Araşdırma zamanı onların əvvəllər məhkum olunmaları müəyyən edilib. 

Bakı sakinlərindən 2 ədəd tüfəng götürülüb

30 Yanvar 2017 16:37

Bakı səhər sakinindən odlu silah götürülüb. DİN-dən verilən məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Müzəffər Əhmədovdan və Bumn qəsəbə sakini Alamməd Alənnədovdan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-16" markalı tüfənglər götürülüb. Araşdırma aparılır.