Keçmiş məhkumlardan silah götürülüb

Polis əvvəllər məhkum olunmuş Bakı şəhər sakinini saxlayıb. “Olaylar”ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən “AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb.

Polis əvvəllər məhkum olunmuş Bakı şəhər sakinini saxlayıb. "Olaylar"ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən "AKS-74" markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb. Həmçinin Sabunçu Rayon Polis İdarəsi 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aqil Abbasovdan içərisində nömrəsi silinmiş "AKMS" markalı avtomat silahı, 26 ədəd avtomat patronu və 1 ədəd patron darağı olan çanta götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31