Kriminal

Akif Çovdarov: "Aclıq aksiyasına başlayacağam" - YENİLƏNİB

30 Yanvar 2017 16:14

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Bakı sakinidən silah-sursat götürülüb

30 Yanvar 2017 14:40

Bakı sakinlərindən silah və narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Əliyevdən nömrəsi silinmiş “Revolver” tipli tapança, 6 ədəd patron, 3,5 qram heroin, həmyerlisi, əvvəllər məhkum olunmuş Həsənpaşa Həsənovdan 1 ədəd bıçaq və 3,3 qram heroin götürülüb.

Bakıda avtomobil təmir sexləri ehtiyat hissələri ilə birgə yanıb

30 Yanvar 2017 14:03

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus sexdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 1500 m2 olan avtoservisin ərazisində bir-birinə bitişik avtomobil təmiri sexlərinin yanar konstruksiyaları və içərisində olan avtomobil ehtiyyat hissələri 60 m2 sahədə yanıb. Bitişik digər sexlər və yaxınlıqda dayanmış iki ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaxda 5 otaqlı villa yanıb

30 Yanvar 2017 14:03

Qax rayonu, Əlibəyli kəndində vətəndaşa məxsus 5 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 168 m2 olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ölkəyə qanunsuz dərman keçirilməsinin qarşısı alınıb

30 Yanvar 2017 14:02

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun piyada idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazıyla baxış zamanı, malların arasındakı elektrik qızdırıcısının içərisində şübhəli predmetlər müşahidə olunub.

Gürcüstan polisi Azərbaycan vətəndaşına məxsus narkotik anbarı aşkarladı

30 Yanvar 2017 13:46

Gürcüstan Daxili İşlər Nazirliyinin mərkəzi kriminal polis departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə baş idarəsinin əməkdaşları Tbilisidə narkocinayətlə əlaqədar Azərbaycan vətəndaşını saxlayıblar.

Maşallah Əhmədova HÖKM OXUNDU: 8 il

30 Yanvar 2017 13:27

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M.Əhmədov son söz deyib. O bildirib ki, zərərçəkmiş Yusif Əzizovla birgə İrandan daş gətirib: "Aradan bir qədər sonra keçəndən sonra iş alınmadı, həmin daşları torpaqla barter etdik. Yusif buna baxmayaraq, məndən pul tələb edirdi. Mən 11 min pul, 2 maşın daş da vermişəm. Yenə bir maşın da daşı qaytarıram. Bilmirəm ki, Yusif məndən nə istəyir. Onu kimsə öyrədib. Ev istəyir, ev verdim razı olmadı, deyir ki, 128 min manat "pulumu qaytar". Axı mən ailə başçısıyam. Belə olmaz. O, məni şantaj edir. Həmçin bu işdə bir neçə adam var ki, məni şantaj edib, pul tələb edirlər. Çətinliklə pul toplayıb verirəm, Yusif ona da razı deyil".

Avtobus vuran piyada 16 gün yaşadı

30 Yanvar 2017 13:15

Yanvarın 13-də Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Şəbəddin Məsumov 40 saylı marşrut xətti üzrə idarə etdiyi "Daevoo" markalı avtobusla yolu keçən paytaxt sakinləri Maşallah Məmmədovu və qardaşı Namiqi vurub. Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, xəsarət alan N. Məmmədov yanvarın 29-da evində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bakıda bıçaqlama hadisəsi baş verib

30 Yanvar 2017 12:36

Bakıda kafedə 54 yaşlı kişinin baş və bədən nahiyəsinə 4 bıçaq zərbəsi vurulub. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində yerləşən kafelərin birində 1963-cü il təvəllüdlü Cümşüdov Əsfər Mürşüd oğluna tanımadığı şəxslər tərəfindən başından 1, bədən nahiyəsindən 3 bıçaq zərbəsi vurulub. Xəsarət alan Ə.Cümşüdov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.

Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi davam edib

27 Yanvar 2017 18:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Şahid: “Hər şeyə Vidadi Zeynalov nəzarət edirdi“ - "RABİTƏ İŞİ"

27 Yanvar 2017 16:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakıda sürücü piyadanı döyüb

27 Yanvar 2017 15:43

Bakıda sürücü xuliqanlıq zəmnində paytaxt sakinini döyüb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, hadisə Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb. Belə ki, “KİA” markalı avtomobilin sürücüsü paytaxt sakini Bayram Nəcəfovu döyüb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Adıgözəlov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Gəncə sakini evinə od vuraraq intihar edib

27 Yanvar 2017 15:42

Gəncədə evdə yanğın baş verməsi və bir nəfərin meyitinin tapılması ilə bağlı yeni faktlar ortaya çıxıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 26-da saat 01 radələrində Gəncə şəhəri Nizami küçəsində, əvvəllər məhkum olunmuş Arif Sultanov yaşadığı evi yandırıb. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra A. Sultanovun yanmış meyiti tapılıb. A. Sultanovun intihar etməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Bakı sakinindən tiryək götürülüb

27 Yanvar 2017 15:40

Bakı saknindən narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Kamil Məmmədovdan 1 kiloqram 520 qram tiryək götürülüb. Araşdırma aparılır.