Ronaldu komandasının azarkeşlərini təhqir etdi: "Küçüklər"

Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu komandasının azarkeşlərini təhqir edib. Bu, La Liqanın XX turu çərçivəsində "Real Sosyedad"la oyunun gedişində baş verib.

Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu komandasının azarkeşlərini təhqir edib. Bu, La Liqanın XX turu çərçivəsində "Real Sosyedad"la oyunun gedişində baş verib.

Belə ki, "Kral klubu"nun 3:0 hesabı ilə qalib gəldiyi matçda epizodların birində Ronaldu top itirib və bu zaman fanatlar onu fitə basıb. Görüşdə "Real"ın qollarından birinə imza atmış Kriştianu onların bu hərəkətini cavabsız qoymayıb. Əsəblərini cilovlaya bilməyən 32 yaşlı futbolçu azarkeşləri "küçüklər" adlandırıb.
 
Qeyd edək ki, Portuqaliya yığmasının üzvü La Liqanın cari mövsümündə 13 qola imza atıb. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31