Hamilə qadının ölümü ilə bağlı cinayət işi açıldı
Rusiyada Azərbaycandan olan hamilə qadın Şuaynat Məmmədovanın Blaqoveşşensk doğum evində ölümü ilə bağlı cinayət işi açılıb.
31 Yanvar 2017 12:44 KriminalRusiyada Azərbaycandan olan hamilə qadın Şuaynat Məmmədovanın Blaqoveşşensk doğum evində ölümü ilə bağlı cinayət işi açılıb. Həkimlər xəstənin ölümü ilə nəticələnən peşəkar vəzifələrinin düzgün yerinə yetirilməməsində şübhəli bilinir. Bu maddə üzrə maksimum sanksiya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzasıdır.
Xatırladaq ki, 23 yaşlı hamilə Şuaynat Məmmədova ötən il dekabrın əvvəllərində Blaqoveşşensk doğum evində ölüb. Qadın hamiləliyinin 8,5 ayında qanaxma ilə xəstəxanaya müraciət edib. O, təcili olaraq qeysəriyyə əməliyyatı olunub.
Həkimlərin sözlərinə görə, zahı qadında nadir qan xəstəliyi aşkarlanıb və o, inkişaf prosesində olub.
Ancaq mərhumun yaxınları həkimlərə inanmırlar və onlar vəkilə müraciət edərək müstəqil ekspertizanın keçirilməsini tələb edirlər. Report.az