Bakıda bıçaqlama hadisəsi baş verib
Bakıda kafedə 54 yaşlı kişinin baş və bədən nahiyəsinə 4 bıçaq zərbəsi vurulub. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində yerləşən kafelərin birində 1963-cü il təvəllüdlü Cümşüdov Əsfər Mürşüd oğluna tanımadığı şəxslər tərəfindən başından 1, bədən nahiyəsindən 3 bıçaq zərbəsi vurulub. Xəsarət alan Ə.Cümşüdov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.
30 Yanvar 2017 12:36 KriminalBakıda kafedə 54 yaşlı kişinin baş və bədən nahiyəsinə 4 bıçaq zərbəsi vurulub. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində yerləşən kafelərin birində 1963-cü il təvəllüdlü Cümşüdov Əsfər Mürşüd oğluna tanımadığı şəxslər tərəfindən başından 1, bədən nahiyəsindən 3 bıçaq zərbəsi vurulub. Xəsarət alan Ə.Cümşüdov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.