Gürcüstan polisi Azərbaycan vətəndaşına məxsus narkotik anbarı aşkarladı
Gürcüstan Daxili İşlər Nazirliyinin mərkəzi kriminal polis departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə baş idarəsinin əməkdaşları Tbilisidə narkocinayətlə əlaqədar Azərbaycan vətəndaşını saxlayıblar.
30 Yanvar 2017 13:46 KriminalGürcüstan Daxili İşlər Nazirliyinin mərkəzi kriminal polis departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə baş idarəsinin əməkdaşları Tbilisidə narkocinayətlə əlaqədar Azərbaycan vətəndaşını saxlayıblar. 1985-ci ildə anadan olmuş vətəndaş E.İ. müvəqqəti yaşayış yerində saxlanılıb. Polis evdə axtarış zamanı külli miqdarda narkotik maddə aşkarlayaraq, maddi sübut kimi onları müsadirə edib.
"Axtarış zamanı MDMA narkotik vasitəsi (ekstazi - red.) olan 727 həb, 52 plitə və tərkibində 15,07 qram çətənə qətranı olan narkotik maddə ələ keçirilib.
Vətəndaş E.İ.-nin narkoloji yoxlaması nəticəsində onun narkotikdən istifadə etməsi faktı qeydə alınıb. Hazırda külli miqdatda narkotik maddənin qanunsuz şəkildə əldə edilməsi və saxlanması üzrə istintaq gedir", - DİN-in bəyanatında deyilir. Report.az