Kriminal
Ötən il oğurluq edən şəxs bu il ələ keçdi
Oğurluqda şübhəli bilinənlər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 29-da Hövsan qəsəbəsində “ZİL” markalı 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ağakərim Balayev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərdən birindən məişət əşyaları oğurlaması da müəyyən edilib.
Ağcabədi sakinindən 2 ədəd ov tüfəngi götürülüb
Ağcabədi rayon sakininin idarə etdiyi avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quzanlı qəsəbəsi ərazisində Ağcabədi rayon sakini Talıb Səfərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Bakıda civə satan şəxslər tutulub
Bakı şəhər sakinləri 1,73 kq (ağ) və 10 ml (qırmızı) civəni 100 min manata satarkən tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elşən Quliyev və Xəqani Məmmədov 1 kiloqram 730 qram (ağ) və 10 ml (qırmızı) civəni 100 min manata satarkən tutulublar.
Narkotik alverçisi saxlanıb
Ağdam rayon sakini 2 kq marixuananı satarkən tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Bəhruz Əliyev 2 kiloqram marixuananı satarkən tutulub. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlərlə B. Əliyevə narkotik vasitəni satan Yevlax rayon sakini Bayram Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobildə saxlanılıb.
Çanta oğurlayan qadın tutulub
Yanvarın 20-də Qazax rayon sakini B.Əmrahovaya məxsus içərisində 308 manat pul, tütün məmulatı və ərzaq məhsulları olan çanta oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini Nadya Ələsgərova saxlanılıb. Araşdırma aparılır.
Vitse-admiral Şahin Sultanovun məhkəməsi yenidən təxirə düşdü
Bu gün Nəsimi Rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi yenidən təxirə salınıb.
Binəqədidə yaşayış binasının yanmasında təqsirləndirilən şirkət rəhbərinə 8 il iş verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Keçmiş deputat və digərlərinin əmlaklarına HƏBS QOYULDU
Keçmiş MTN-in şöbə rəisinin məhkəmə prosesi başlayıb
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə məhkəmə istintaqının başlandığı elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Məhkəmə prosesində ifadə verən V. Ələkbərov özünü təqsirli bilməyib. Proses fevralın 2-də davam edəcək.
Prokuror narkotik saxlamaqda ittiham olunan idmançıya cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə saxlamaqda təqsirləndirilən Aqşin Salmanovun məhkəməsi davam etdirilib.
Bloger Aleksandr Lapşinin apellyasiya şikayəti təmin olunmayıb
Azərbaycanın sorğusu əsasında Minskdə həbs olunmuş bloger Aleksandr Lapşinin Belarus Baş Prokurorluğunun onun Azərbaycana verilməsi barədə çıxardığı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb.
Binəqədidə yanan bina ilə bağlı məhkəmədə daha bir təqsirləndirilən son söz deyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oğruların məhkəməsində iki müstəntiqlə bağlı xüsusi qərar çıxarıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nail Bəkirov, Söhbət Bəkirov, Ərşad Mahmudov və Sərxan Əsədullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Keçmiş gömrükçü məhkəmə zalında həbs olundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilənAman Muhamməd Baylyyev, Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və Ziyafət Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Narkotik alveri ilə məşğul olan şəxs saxlanıb
Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elşən Məsimovdan 1,061 qram heroin götürülüb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məsimova narkotik vasitəni satan həmyerlisi, əvvəllər məhkum olunmuş Aslan Cəfərovdan 1,017 qram, yaşadığı evə baxış zamanı 1 kiloqram 515 qram heroin aşkar edilərək götürülüb.














