Kriminal
Bakı sakinidə 20 kq marixuana aşkar edilib
Bakı şəhər sakinindən külli miqdarda narkotik vasitə götürülüb. DİN-dən veriləön məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mayis Cabbarovdan 11,615 qram, rayonun A.Şərifzadə küçəsindəki söküntü ərazisində gizlətdiyi yerə baxış zamanı 20 kiloqram 5 qram marixuana aşkar edilərək götürülüb.
İŞİD Suriyada azərbaycanlı qadını iki uşağı ilə birlikdə öldürüb
Suriyada İŞİD terror təşkilatı tərəfindən hücum zamanı azərbaycanlı qadın 2 uşağı ilə birlikdə öldürülüb. Öldürülən uşaqlar 7 yaşlı qız və 3 yaşlı oğlan olub.
Quldurluqla məşğul olan dəstə ifşa olundu
Lənkəran şəhər sakininə məxsus avtomobili quldurluq yolu ilə almağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Lənkəran şəhər sakini Bahadur Əzimova məxsus “VAZ-2170” markalı avtomobili quldurluq yolu ilə almağa cəhd göstərməkdə şübhəli bilinən Astara rayon sakinləri Şamo Əlizadə, Ramil Şabanov, Rəhim Hacıyev və Elvin Rzayev tutulublar.
Aptekdən pul oğurlayan ələ keçdi
Binəqədi rayonu ərazisindəki apteklərdən birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisindəki apteklərdən birindən 510 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Alişan Məmmədov tutulub.
Avtomobildə 32 min ədəd siqaret aşkar edildi
Gəncə Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.
Qadınları şantaj edən dəstə tutuldu
Bakı şəhər sakinləri olan 2 nəfər qadın barədə rüsvayedici məlumatlar yayacaqları ilə hədələyib onlardan 1000 manat pul almaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Bakı şəhər sakinləri olan 2 nəfər qadın barədə rüsvayedici məlumatlar yayacaqları ilə hədələyib onlardan 1000 manat pul almaqda şübhəli bilinən paytaxt sakinləri Ceyhun Həmidov, Ədil Maqsudov, Comərd Həmzəyev, Bəxtiyar Ağayev və qardaşı Tural tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.
Qadınları Türkiyəyə aparan şəxs saxlanıb
İnsan alveri ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ləman Nəzərəliyevanın bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib və L.Nəzərəliyeva saxlanılıb. Araşdırma aparılır.
Qaradağda naqil oğruları saxlanıb
Qaradağ rayonunun Səngəçal qəsəbəsində Sarınca-Qaradağ dəmir yolu xəttindən 150 metr mis naqili kəsib oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Qaradağ rayonunun Səngəçal qəsəbəsində Sarınca-Qaradağ dəmir yolu xəttindən 150 metr mis naqili kəsib oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Beyləqan rayon sakini İlkin Fərəcov, Ağdam rayon sakinləri Ramil Axundov və Mehman Cəfərov saxlanılıblar.
Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işi başlanıb
Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işi başlanıb. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Oğuzda 13 yaşlı qız ana oldu, məhkəmə atanı sərbəst buraxdı - CİNAYƏT
Ev yiyəsi kirayənişini qaldığı evlə brlikdə yandırdı ŞOK OLAY
Avtomobil qaçıran dəstə ifşa olunub
Yanvarın 21-dən 24-dək olan müddətdə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Əyyub Səfərova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Xıdırov, Ağstafa rayon sakini Famil Həsənov və Lənkəran şəhər sakini Nahid Qasımov tutulublar. Ətraflarında aparılan əməliyyat tərbirləri ilə onların yanvarın 21-də rayon ərazisində Sumqayıt şəhər sakini Elçin İsmayılova və Lənkəran şəhər sakini İlham Məlikzadəyə zor tətbiq edib onlardan 200 manat pul almaları da müəyyən edilib.
Keçmiş məhkum zorla qadının pulunu alıb
Yanvarın 23-də Suraxanı rayonunun Hövsan qəsəbəsində naməlum şəxs qəsəbə sakini Şahnaz Həsənovaya zor tətbiq edərək içərisində 27 manat pulu və mobil telefonu olan pul kisəsini alıb. DİN-dən verilən mlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rüstəm Mürsəlov tutulub.
Şəki sakini qohumunu qətlə yetirib
Yanvarın 24-də Şəki şəhərində yaşayan Seymur Süleymanov evində münaqişə zəminində qohumu, əvvəllər məhkum olunmuş Mehman Əsgərova bıçaqla xəsarət yetirib və M.Əsgərov hadisə yerində ölüb. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Süleymanov tutulub. Araşdırma aparılır.
DİN: İntihar edən polis yeddi il əvvəl orqandan xaric edilib
Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis əməkdaşının özünü binadan ataraq intihar etməsi barədə məlumatlara münasibət bildirib.














