Kriminal
Taleh Bağırova 20, Fuad Qəhrəmanlıya 10 illik həbs cəzası verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
MTN-in həbsdə olan generalları “Rabitə işi”ndə ifadə veriblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmə Maşallah Əhmədova sonuncu dəfə vaxt verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M. Əhmədova son söz verilib. O, yenidən son söz deməkdən imtina edib. Qeyd edib ki, söz verdiyi kimi, zərərçəkmişə 50 min manat yox, 45 min manat pul təklif edib: "Ancaq zərərçəkmiş bu pulu qəbul etmədi. Dedim ki, əlavə 5 min manat da verəcəm. Bu pulu mən dostdan, tanışdan almışam"
Akif Çovdarovun səhhəti ilə əlaqədar məhkəmə təxirə salınıb - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.
Qadın ofisiantlar bir-birini bıçaqladı
Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb. Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Binəqədi qəsəbəsində məhəllədə fəaliyyət göstərən kafedə iki qadın ofisiant arasında dava düşüb. Mübahisə zamanı Xəyalə Əsgərova həmkarı Aynur Kərimovanın ayaq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Ağır xəsarət alan A.Kərimova 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları X.Əsgərovanı şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Dələduzluqla “pul qazananlar” saxlandı
Dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakinləri saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Bakı şəhər sakini Hidayət Mustafayevin və qardaşı Zahidin 350 manat pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Samir Dadaşov saxlanılıb. Eyni zamanda Nəsimi Rayin Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 15-də Bakı şəhər sakini Nihat Məmmədovun 1020 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Afət Səlimova tutulub.
Akkumlyator oğrusu tutulub
Akkumlyator oğurlamaqda şübhəli bilinən Ağcabədi şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-nə keçən gecə şəhər ərazisində Laçın rayon sakini İman Hüseynova məxsus “VAZ-2106” markalı avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Şahin Cəmilov tutulub.
Külli miqdarda xarici valyutanın Azərbaycandan çıxarılmasının qarşısı alınıb
Gömrük nəzarətindən gizlədilən cəmi 55 min 300 ABŞ dolları aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.
"Maqnit"in sahibi də "MTN toru"na düşüb - Eldar Mahmudovun işçisi olub
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının cinayət əməllərinin qurbanlarından biri də tanınmış "Maqnit" mağazalar şəbəkəsinin rəhbəri Seymur Abdullayev olub.
Həkimi öldürməkdə ittiham olunan sabiq polis zabitinin məhkəməsi qapalı keçiriləcək
6 iyul 2015-ci ildə öldürüldükdən sonra meyiti yandırılan 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natavan Əliyevanın qətlində ittiham olunan keçmiş həyat yoldaşı məhkəmə qarşısına çıxarılıb.
"300 min ver, əmanətini qaytaraq"- Polkovnikdən biznesmenə
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə aparılan istintaq zamanı "Texnikabank" epizodu ilə bağlı 10-a yaxın şəxs zərərçəkmiş kimi tanınıb.
3600 ədəd siqaret aşkar edildi
Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının və ehtiyyat təkər üçün nəzərdə tutulan qurğusunun altından gömrük nəzarətindən gizlədilən 3600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Bacısını boğaraq qətlə yetirdi
Şamaxı şəhərində qətl hadisəsi törədilib. DİN-dən verilən məlumata götə, yanvarın 23-də Şamaxı şəhərində yaşayan Rəfail Yolçuyev evində bacısı Yasəmən Arzuxanovanı boğaraq qətlə yetirib. O könüllü Şamaxı RPŞ-yə gələrək istintaqa təslim olub. Faktla əlaqədar cinayət işi başlanıb.
Emalatxanadan qızıl oğurlanıb
Yanvarın 21-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Məzahim Məsimova məxsus emalatxanadan 100 qram qızıl oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi RPİ 19-cu PB və RMİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Urşan Zeynalov saxlanılıb. Araşdırma aparılır.
Tüfəng və qombaranı polisə könüllü təhvil verdi
Daxili İşlər Nazirliyindən veriln məlumata görə, Gəncə şəhər sakini Qurban Məmmədov tapdığı "RQD-5" markalı qumbaranı könüllü olaraq Nizami (Gəncə) RPİ-yə təhvil verib. Digər analoji hadisə Ordubad şəhərində qeydə alınıb. Ordubad şəhər sakini Yaşar Tağıyev tapdığı "Karabin" markalı tüfəngi, 1 ədəd güllə darağını və 259 ədəd müxtəlif çaplı patronu könüllü olaraq RPŞ-yə təhvil verib.














