DİN: İntihar edən polis yeddi il əvvəl orqandan xaric edilib

Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis əməkdaşının özünü binadan ataraq intihar etməsi barədə məlumatlara münasibət bildirib.

Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis əməkdaşının özünü binadan ataraq intihar etməsi barədə məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, Ramiz Quliyev vaxtı ilə polis orqanlarında çalışıb: "Lakin o, Nizami rayon Polis İdarəsində deyil, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində rəis müavini vəzifəsində çalışıb.

O, hələ xidmət etdiyi müddətdə sağlamlığında, daha doğrusu psixikasında yaranmış problemlərlə əlaqədar 2010-cu ildə daxili işlər orqanlarından xaric olunub. Yeddi il əvvəl polis orqanlarında xidmətdən xaric olunmuş bir şəxsi polis əməkdaşı kimi təqdim etmək düzgün yanaşma deyil".

***

Bakıda intihar olub. Binəqədi Rayon Prokurorluğundan  verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, yerindəcə ölüb. R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub. İntiharın səbəbləri araşdırılır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31