Avtomobil qaçıran dəstə ifşa olunub
Yanvarın 21-dən 24-dək olan müddətdə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Əyyub Səfərova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Xıdırov, Ağstafa rayon sakini Famil Həsənov və Lənkəran şəhər sakini Nahid Qasımov tutulublar. Ətraflarında aparılan əməliyyat tərbirləri ilə onların yanvarın 21-də rayon ərazisində Sumqayıt şəhər sakini Elçin İsmayılova və Lənkəran şəhər sakini İlham Məlikzadəyə zor tətbiq edib onlardan 200 manat pul almaları da müəyyən edilib.
25 Yanvar 2017 19:12 KriminalYanvarın 21-dən 24-dək olan müddətdə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Əyyub Səfərova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Xıdırov, Ağstafa rayon sakini Famil Həsənov və Lənkəran şəhər sakini Nahid Qasımov tutulublar. Ətraflarında aparılan əməliyyat tərbirləri ilə onların yanvarın 21-də rayon ərazisində Sumqayıt şəhər sakini Elçin İsmayılova və Lənkəran şəhər sakini İlham Məlikzadəyə zor tətbiq edib onlardan 200 manat pul almaları da müəyyən edilib.