Qadının boyunbağısını soyğunçuluq yolu ilə alan şəxsə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Namiq Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
1 Fevral 2017 12:36 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Namiq Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N. Bəkirov 5 il müddətinə azadlıqdan məhrum edilib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 14-də Bakı şəhər sakini Nina Abdullayevaya məxsus qızıl boyunbağını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini Namiq Bəkirov tutulub. Aparılan araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31