Başından güllələnən azərbaycanlı kriminal avtoritet imiş

Rusiyada azərbaycanlı avtoritet başından güllənərək öldürülüb. Hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb. 

Rusiyada azərbaycanlı avtoritet başından güllənərək öldürülüb. Hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb. Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başından güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb. S.Zeynalovun meyidi Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib. Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31