Avtomobilin təkərində gizlədilmiş 10 min siqaret aşkar edilib

Gömrük nəzarətindən gizlədilmiş 10 min ədəd siqaret aşkar edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 10 min ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Gömrük nəzarətindən gizlədilmiş 10 min ədəd siqaret aşkar edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 10 min ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31