İrandan narkotik keçirmək cəhdinni qarşısı alınıb
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.
9 Fevral 2017 13:41 KriminalDövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Bala Bəhmənli kənd ərazisindəki sərhəd zastava¬sının xidməti sahəsində İrandan Azərbaycana keçərkən İran İslam Respublikası vətəndaşı Cəmşidi Ənvər Mikayıl oğlu sərhəd pozucusu qismində saxlanılmışdır. Şəxsin üzərinə baxış zamanı 850 qram marixuana aşkar olunaraq götürülmüşdür. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.