Külli miqdarda aksiz markasız siqaret aşkar edilib

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markasıyla markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədilə saxlanması barədə əməliyyat məlumatı daxil olub.

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markasıyla markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədilə saxlanması barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Əliyev Səfa Orucəli oğlunun idarə etdiyi "VAZ-21074" markalı, 90 CM 062 dövlət qeydiyyat nişanlı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb. Avtomobilə baxış zamanı, yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 10.600 ədəd - "M1", "Manchester", "Royal", "Bıstoon" və "De Santıs" adlı siqaretlər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31