Velosipedlə avtomobil toqquşub-ölən və yaralanan var

Velosipedlə avtomobil toqquşub-ölən və yaralanan var

Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 3-də saat 13 radələrində Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində kənd sakini S.Mirzəyev idarə etdiyi "Renault" markalı avtomobillə yolun kənarında velosiped sürən, həmkəndlisi Ramin Nadirovu vurmuş və idarəetməni itirdiyindən yoldan çıxmışdır. Nəticədə velosipedçi hadisə yerində ölmüş, S.Mirzəyev və 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31