Oğrunun digər əməlləri aşkar edilib
Oğrunun digər əməlləri aşkar edilib
4 İyun 2019 14:29 KriminalOğurluq etdiyinə görə tutulmuş S.Əliyevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş S.Əliyevin ətrafında Xəzər RPİ 2-ci PŞ və Sabunçu RPİ 14-cü PB-lərinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Binə qəsəbəsindəki evlərin birindən 800 manat oğurlaması da müəyyən edilmişdir. Eləcə də, S.Əliyevin və narkotik vasitə ilə tutulmuş Z.Əliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların "Mercedes" markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaları da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31