“KamAZ” “BMW” ilə toqquşub- ölən var
“KamAZ” “BMW” ilə toqquşub-ölən var
31 May 2019 17:25 KriminalQaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 30-da saat 18 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Hacıqabul rayon sakini E.İspəndiyarovun idarə etdiyi "KamAZ" və Bakı şəhər sakini Rəşad Quliyevin idarə etdiyi "BMW" markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat idarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31