Sürücü maşını aşırdı, anası hadisə yerində öldü
Sürücü maşını aşırdı, anası hadisə yerində öldü
30 May 2019 17:29 KriminalHacıqabul rayonunun Qarasu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 29-da saat 12 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bakı şəhər sakini N.Hüseynov idarə etdiyi "Toyota Prado" markalı avtomobili aşırmışdır. Nəticədə sərnişini olan anası Afət Hüseynova hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31