Avtomobildən oğurluq edən şəxs yaxalanıb

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt sakini saxlanılıb.

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini A.Muxtarov  aprelin 25-nə keçən gecə 21-ci mikrorayon ərazisində "KİA" markalı avtomobilindən şüşəsi sındırılmaqla sənədlərinin oğurlandığını bildirmişdir. Kriminalistik Tədqiqatlar İdarəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş E.Nəsrullayev saxlanılmışdır.Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 26-na keçən gecə Yaşıl-dərə bağlar sahəsində "Nissan", "Mercedes" və "Hyundai" markalı 3 avtomobilin yan şüşələrinin sındırması da müəyyən edilmişdir.Araşdırma aparılır.

Mobil telefon oğrusu ələ keçib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31