Mobil telefon oğrusu ələ keçib

Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini saxlanılıb

Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə aprelin 13-də metronun "28 May" stansiyasının platformasında Abşeron rayon sakini M.Mirzəyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 22-də "28 May" stansiyasının platformasında Abşeron rayon sakini S.Nəbizadənin cibindən mobil telefonunu oğurlaması da müəyyən edilmişdir. Faktlarla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31