Narkotiklərlə mübarizə davam etdirilir

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi  və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu, evindən isə 375,5 qram marixuana və 1 ədəd qələm tapança aşkar edilərək götürülüb.Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağköynək kənd sakini Elvin Qocayevdən 305 qram marixuana götürülüb. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Qırlı kəndi ərazisində  yabanı halda bitmiş, çəkisi 3,5 tona yaxın 4800 ədəd çətənə kolu aşkar edərək məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31