"Son zəng" günü məktəbdə bıçaqlanma

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbinin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini, Rauf Təhmiraz oğlu Ağaquliyev məktəbin yaxınlığında 10-cu sini şagirdi, Vüsal Təbiət oğlu Şəhriyarovla aralarında mübahisə yaranıb. Mübahisə zəmnində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarorova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31