“Polad LTD” firmasından oğurluq edilən tutulub
13 İyun 2018 16:20 KriminalOğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Polad LTD" firmasının metaləritmə sexindən dəzgahların mühərriklərinin, elektrik transformatorunun hissələrini, işıq transformatoru və 2 metr mis boru oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Mərkəz Rüstəmov və qardaşı Sahil saxlanılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31