Toyuq oğrularının qolları qandallanıb

Ev quşları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb.

Ev quşları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də Səməd Rəcəblinin həyətindən 19 ev quşu oğurlamaqda şübhəli bilinən həmyerliləri Bəxtiyar Hümbətov və Böyükxan Ağazadə saxlanılınb. Onların iyunun 3-də daha bir evin həyətindən 10 ev quşu oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31