Gəncədə cibgir ələ keçib

İctimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinənlər saxlanılıb.

İctimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinənlər saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər yaxalanıb.

Belə ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gülüstan qəsəbə sakini G.Nəcəfli iyunun 11-də qəsəbə ərazisində marşrut avtobusunda çantasından içərisində 303 ABŞ dolları və 10 manatı, habelə sənədləri olan pulqabısının oğurlandığını bildirib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən müəyyən edilərək "isti izlər"lə saxlanılıblar. Araşdırmalarla onların  Gəncə şəhər sakinləri, əvvəllər narkotik, oğurluq, soyğunçuluq və quldurluq  cinayətləri törətdiklərinə görə məhkum olunmuşlar - Namiq Cəlalov, Şahin İbrahimov və İlham Hüseynov olduqları müəyyən edilib. Saxlanılan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31