Qaçırılmış avtomobildən silah-sursat tapıldı
İyunun 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
12 İyun 2018 16:55 Kriminalİyunun 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən "VAZ-2106" markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-dən "Olaylar"a bildirilib ki, "İsti izlər"lə keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev olduğu məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilərək götürülüb.
Xəzər RPİ-də araşdırma aparılır.