TƏCİLİ! Bakıda məktəb yanır - ŞAGİRDLƏR TƏXLİYƏ OLUNUB 

Bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın başlayıb. Şagirdlər dərhal təxliyə olunub və ilkin nəticələrə görə yanğına qısa qapanma səbəb olub. Yanğınsöndürmə və təcili tibbi maşınlar əraziyə cəlb olunub. Hadisə ilə bağlı məktəbə və yaxın evlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Hadisənin doğruluğunu Lent.az-a Bakı Şəhər Təhsil İdarəsindən də təsdiqlədilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31